Yuxarı

Paşayeva konfransda: Türk diplomatlar da qatıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Paşayeva konfransda: Türk diplomatlar da qatıldı

Milli Məclisin Mədəniyyət komitəsinin sədri, siyasi elmlər doktoru Qənirə Paşayeva 28 May - Respublika günü münasibəti ilə iki mühüm konfransda iştirak edib.

Axar.az xəbər verir ki, SOCAR AQŞ-nin təşkilatçılığı ilə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ərkan Özoral, keçmiş səfir Hulusi Kılıç, millət vəkilləri Hikmət Babaoğlu, prof. dr. Anar İsgəndərov və Məlahət İbrahimqızının, Azərbaycandan və qardaş Türkiyədən olan digər ziyalıların qatıldığı virtual konfransda çıxış edən Qənirə Paşayeva 28 Mayın Azərbaycan qədər, Türkiyənin də əziz günü olduğunu deyib, müsəlman Şərqinin ilk cümhuriyyətinin quruculuğunu bütün türk-müsəlman xalqları üçün əlamətdar tarixi hadisə kimi dəyərləndirib.

Paşayeva bir milli gün və dövlət bayramı kimi ümumxalq məhəbbəti ilə hər il coşğulu şəkildə keçirilən bayramın bu il qlobal pandemiya ilə əlaqədar müəyyən məhdudiyyətlər çərçivəsində qeyd edildiyini, lakin sosial şəbəkələrin Azərbaycan və Türkiyə seqmentinin üçrəngli müqəddəs Azərbaycan bayrağı ilə bəzəndiyini, İstanbulun məşhur Qalata Qülləsinin, İstanbulun hər iki yaxasını birləşdirən körpülərin Azərbaycan bayrağı rəngləri ilə bəzəndiyini minnətdarlıqla qeyd edib.

Dünya liderlərinin, o cümlədən qardaş ölkələrin dövlət, hökumət başçılarının, nüfuzlu ziyalıların, beynəlxalq qurumların başçılarının, eləcə də dünya azərbaycanlılarının Azərbaycan Prezidentinin ünvanına saysız-hesabsız təbrik məktubları göndərdiyini xatırladan Komitə sədri mötəbər insanların iştirakı ilə keçirilən belə virtual konfransların ictimai fikrin qidalanması, qardaşlıq bağlarının güclənməsi, birliyimizin nümayişi və fikir mübadiləsi baxımından üzünəməxsus dəyər daşıdığını deyib.

Bakının Binəqədi rayonunda yerləşən 283 saylı tam orta məktəbin təşkil etdiyi digər virtual konfransa məruzəçi qismində dəvət olunan millət vəkili təhsil işçilərimizin dövlətlə, dövlətçiliklə bağlı tarixi günlərə biganə qalmamasından məmnunluğunu dilə gətirərək, sözügedən məktəbin həmişə özünəməxsus təlim-tərbiyə, tədris göstəriciləri, uğurları ilə seçildiyini qeyd edib. Deputat bu uğurlarda xüsusi rol oynadıqlarına görə məktəbin fədakar kollektivinə, direktor Tünzalə Zeynalovaya təşəkkür edib.

Tarix
2020.05.28 / 23:42
Müəllif
Axar.az
Digər xəbərlər

Hakan Fidan Ceyhun Bayramova zəng etdi

İlham Əliyev Xameneini təbrik etdi

İrandan Türkiyəyə atılan raketlə bağlı Bakıdan reaksiya

Bu dəhliz Bakı və İrəvanı birləşdirəcək - Leyen

Pezeşkian Azərbaycana vəd verdi, bu, önəmlidir

Əliyevin ABŞ-da yaşayan sərt tənqidçisi Əliyevdən yazdı...

Almaniya Azərbaycana təşəkkür etdi

Azərbaycana hücum etməmişik – Bəqai

İranla müharibə “daşa dirəndi” - Tramp çarəsizdir?..

İrandan təxliyə edilən şəxslərin sayı...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla