Yuxarı

Film festivalı: ən yaxşıya - 100 manat!

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Film festivalı: ən yaxşıya - 100 manat!

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə "24 kadr" adlı film festivalı keçirilib. Layihənin rəhbəri Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva olub.

"Axar.az" xәbәr verir ki, filmlər peşəkar aktyor və rejissorlar tərəfindən qiymətləndirilib. Münsiflər heyətinin üzvləri Sinema" Gənc Kinematoqrafçılar Mərkəzinin sədri, "Start" Beynəlxalq Tələbə filmləri Festivalının direktoru, ssenarist Fehruz Şəmiyev, şair, yazıçı, tərcüməçi və ssenarist İlqar Fəhmi, aktyor, rejissor və rəssam Qurban Məsimov olub.

Festivalda "ən yaxşı ssenari" üzrə xüsusi mükafat Rüstəm İbrahimliyə verilib. "Ən yaxşı operator" işinə görə Asif Qəhrәmanov, "ən yaxşı aktyor" mükafatı ilə Səbuhi Bayramov, "ən gənc rejissor" kimi festivalın 6 yaşlı iştirakçı Mələk Bağıyeva mükafatlandırılıb. Ən yaxşı aktyor, rejissor və ssenari işinə görə 100 manat mükafat verilib.

"24 kadr" adlı film festivalında birinci yerə Leyla Qəmbərlinin "Fəridin dünyası", ikinci yerə Cavid Camalovun "Pul", üçüncü yerə Dilarə Vəliyevanın "Əlvida mənim dostum" filmləri layiq görülüb.

Qeyd edək ki, dekabrın əvvəllərində Rusiyanın paytaxtı Moskva şəhərində keçirilən "Beynəlxalq Televiziya və Kino Filmləri" festivalında "Ən yaxşı sənədli film nominasiyası"nın qalibi olan "Qağayı" filmi də "24 kadr" film festivalına göndərilən filmlər arasında idi. Lakin rus kinematoqrafçılarının "ən yaxşı" hesab elədikləri sənədli film heç bir nominasiya üzrə fərqləndirilməyib.

Tarix
2013.12.20 / 23:55
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

Prezidentlə Cayşankarın görüşünə dair - Videoçarx

Ceyhun Bayramov Hindistana dəvət edildi

Çalışmışam ki, öz işimlə onu məyus etməyim - Prezident

Hindistan və Azərbaycan bu barədə razılığa gəldi

Hindistan Bakı və İrəvan arasında sülhü alqışlayır

Azərbaycanla Hindistan arasında fikir müxtəlifliyi var idi

Qubadlının azad edilməsi müharibədə mühüm rol oynadı

Azərbaycan üzərindən Kuşnerə 1 milyard köçürülüb?

Tramp hazırlaşır: İrana hücumun detalları

Azərbaycan və Hindistan XİN rəhbərləri görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla