Yuxarı

Deyirlər, 3 min verək, koronadan öldüyünü yazaq... - Deputat

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Maska taxmayanlara qarşı cərimələrin tətbiq edilməsinə münasibətim birmənalı deyil, əlbəttə, hökuməti də başa düşürəm. Vətəndaşları cərimələməyək, qoy məsuliyyəti obyekt sahiblərinin üzərinə qoyaq ki, onlar maskasız insanları içəri buraxmasınlar. Cərimələrlə ölkədə narazı vətəndaşların sayını artırmayaq.

Axar.az xəbər verir ki, bunu Milli Məclisin iclasında çıxışı zamanı deputat Razi Nurullayev deyib.

R.Nurullayev bununla yanaşı, narahatedici məqamları da səsləndirib:

“Vətəndaşlar niyə maska taxmır? Məgər canlarından bezib? Xeyr. Çünki onlar koronavirusa inanmır, bunun bir dünyəvi oyun olduğunu düşünür. Hər gün də bu hipotezanı gücləndirən yüzlərlə məqalə və video yayımlanır. Koronavirusun olmadığını söyləyən təbliğata qarşı isə Azərbaycan qarışıq bütün dünya elə sadəcə var deyir və statistika açıqlayır. Bir-iki dəfə xəstələrlə bağlı süjet göstərilib, o zaman da xəstələr yox, kosmonavta oxşayan reportyor və həkimlər adamı qorxudub. Bu necə yanaşmadır? Bütün dünya belə edir. Bu xəstələri çəkib göstərin, adlarını, yaşayış yerlərini deyin, özlərini danışdırın, statistika deyəndə rayonlar, ünvanları, cinsini, yaş üzrə məlumatları açıqlayın. Ancaq say açıqlanır, doğrusunu deyim ki, çox vətəndaş da inanmır. Mənə də aydın deyil ki, niyə bu virusa bağlı məsələ bütün dünya üzrə NKVD yanaşması ilə edilir. Xəstələr niyə gizlədilir? Bu səbəbdən də vətəndaşlar rəsmi məlumatlara yox, daha çox şayiələrə inanır.

Adamlar deyirlər ki, qocamız rəhmətə getdi, yaxınlaşıb dedilər ki, üç min, beş min sizə pul veririk, icazə verin, koronavirusdan öldüyünü yazaq. Buna inanmağım gəlmir, amma şübhə toxumu səpilir axı. Adamlar xəstəxanalara getməyə qorxur ki, soyuqdəymə olsa, deyəcəklər koronavirusdur. Gedənləri də çox incidirlər, məgər bu virusdan başqa xəstəlik yoxdur? İnsan başqa xəstəlikdən qızdırmalı ola bilməz? Bu tendensiyanı çox təhlükəli hesab edirəm. Bu necə yarandı, kim yaratdı, niyə yaratdı və niyə yaradır, bilmirəm. İnsanlar qorxusundan təcili yardıma belə zəng etmirlər. Bu nə deməkdir? Bu xəstələri açıqlayın, göstərin, yaşayış yerini çəkin, xəstənin çəkdiyi əziyyətləri göstərin ki, insanlar inansın.

28 aprel tarixinə qədər karantin rejimini pozan 90 min vətəndaş cərimə edilib. İndi yenə cərimə tətbiq ediləcək. Məncə, təbliğat düzgün getmir, daha çox danışılır, faktlar isə göstərilmir. Ancaq oxuyuruq ki, filan ölkədə bu qədər adam yoluxdu və öldü. İndi deyirlər ki, ikinci dalğa payızda olacaq. Ümumdünya Səhiyyə Təşkilatı hər kəsin bildiyini hər gün təkrar edir, konkret iş görmək, fakt göstərmək lazımdır. Necə olur ki, virus Çindən yayılır, indi isə orada yeni xəstə və yoluxma yoxdur. Hər şey sirr pərdəsi ilə örtülüb. Bu sirr pərdəsi götürülməsə, inam da olmayacaq. Bu qədər!”

Spiker Sahibə Qafarova isə deputatın dedikləri ilə razılaşmayıb: “Azərbaycanda koronavirusla bağlı heç bir sirr yoxdur. Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən hər gün insanlara məlumat verilir. Həmçinin televiziya və mətbuatda da bununla bağlı məlumatlar yer alır”.

Tarix
2020.05.31 / 17:38
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla