Döyülən rektor qızının da avtomobili "Bentley Mulsanne"
olub.
Axar.az-ın qısa araşdırmasından sonra məlum olub ki, dünyada
fantastik məbləğə satılan bu model maşın Azərbaycanda tək-tükdür.
Bildirək ki, döyülmə anını əks etdirən videogörüntülərdəki
avtomobil Ülkər İsayevaya aid olmasa da, onun da eyni model maşını
var.
Xatırladaq ki, Ülkər İsayevanın atası, Xəzər Universitetinin
rektoru Hamlet İsaxanlının qızı bahalı maşında gəzir. Bu
avtomobilin qiymətinə gəlincə, Azərbaycanda onlayn avtomobil satışı
ilə məşğul olan saytlarda "Bentley Mulsanne" ortalama 300 min
manata satılır. Model təkmilləşdirilmiş 6,75 litrli ikiturbinli V8
mühərriki ilə təmin olunub. Sürətlənməni, gücü və fırlanma anını
artırmaq üçün yaradılaraq, avtomobil 100 km/saatı sadəcə 4,9
saniyəyə yığır, maksimal sürəti isə 305 km/s təşkil edir. Xarici
üslubun dəyişikliklərinə səciyyəvi "Bentley" radiatoru, alt bamper
çıxışları, faralar, arxa fənərlər və qanadlarda hava çıxışlarına
tətbiq olunmuş tünd ton daxildir.
"Mulsanne" həmçinin yivli, paslanmayan poladdan səsboğucu
boruları təklif edir. Avtomobilin ümumi uzunluğu 5575 mm,
güzgülərlə birgə eni 2208 mm, bükülmüş güzgülərlə eni 1926 mm,
hündürlüyü 1521 mm, çarx bazası 3266 mm, qabaq çığır 1615 mm, arxa
çığır isə 1652 mm-dir. Unikal avtomobilin yanacaq sərfi isə
şəhərdaxili 22,8 litr/100 km, şəhərkənarı 9,9 litr/100 km, qarışıq
14,6 litr/100 km-dir.
Ümumilikdə brend haqda onu deyə bilərik ki, şirkət hazırda
müştərilərinə "Mulsanne", "Flying Spur" və "Continental" adlı 3
markasını və bu marka adı altında 13 modelini təqdim edir. Texniki
göstəricilərinə görə, bir-birindən o qədər də fərqlənməyən modellər
klassik və idman üslublu olmaqla iki yerə bölünür. Ümumilikdə
qiymətlər isə işlənmiş vəziyyətdə olan avtomobili nəzərə alsaq, 110
min manatdan başlayır.
Xatırladaq ki, Ülkər İsayeva martın 9-da döyülüb. Hadisə Bakının
Azadlıq prospekti ilə Üzeyir Hacıbəyov küçəsinin kəsişməsində baş
verib. İki qardaş – Zaur və Elin Məmmədovlar onu fiziki işgəncəyə
məruz qoyub. Zaur həbs edilib. Rektor isə iddia edir ki, videodakı
onun qızı yox, "Katya" adlı tanışıdır.