Yuxarı

Karantinin sərtləşməsi yoluxmanı azaltmayacaq – Həkim

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

İctimai nəqliyyatda, şəhər mərkəzində, parklarda gündəlik sıxlıq müşahidə edildiyi halda, heç bir sərtləşdirmə yoluxmanın qarşısını ala bilməyəcək. Atılan addımlar, sərtləşdirmələr və hərəkət məhdudiyyəti belə bir problem qarşısında ancaq kosmetik tədbirdir. Bu məsələnin həllin aparacaq yol deyil.

Bu sözləri Axar.az-a açıqlamasında professor Adil Qeybulla həftə sonu karantin sərtləşdirilməsi və qoyulacaq hərəkət məhdudiyyətinin yoluxma sayına göstərə biləcəyi təsirlərdən danışarkən deyib. A.Qeybulla bildirib ki, qoyulacaq heç bir qadağa, sərtləşdirmə problemin həllinə aparmır:

“Karantin yumşaldılması dövründən sonra xeyli yoluxma var. Bu, onunla əlaqədardır ki, insanlar artıq heç bir qoruyucu tədbir görmədən, mövcud situasiyanı birmənalı şəkildə iqnor edərək kütləvi şəkildə təmaslarda olublar. Yumşaldılmalardan sonra restoranlara, şəhərin mərkəzinə, parklara kütləvi axın oldu. Açıq şəkildə toplaşmalar, yığıncaqlarla bağlı fotolar paylaşılırdı sosial şəbəkələrdə. Əksər yaşayış yerlərinin qarşısında, həyətində indi də insanların toplaşdığını görürük. Bununla hansı infeksiyaya qalib gəlmək olar? Qoyulacaq heç bir qadağa, sərtləşdirmə məsələnin həlli deyil. Həftə sonu məhdudiyyət tətbiq edib, yenidən həftə içi həyat normal davam edəcəksə, bu yoluxma sayını azaltmayacaq”.

Həkim bildirib ki, hazırda xeyli sayda potensial yoluxma var:

“Bunlar hələ üzə çıxmaqda davam edəcək. Elan olunan, tapılan, müəyyən edilən statistik rəqəmlər real vəziyyəti əks etdirmir. Real vəziyyət bundan daha da pisdir. Ona görə də hesab edirəm ki, biz daha çox insanların davranışlarını tənzimləməliyik. Xüsusilə ictimai nəqliyyatda, əhalinin sıx toplaşdığı yerlərdə, satış obyektlərində, qapalı məkanlarda ciddi tədbirlər görülməlidir. Avtobusların gün ərzində bir dəfə dezinfeksiya edilməsi heç nəyi həll etmir. Avtobusların girişində və çıxışında dezinfeksiyaedici məhlul qoyulmalıdır. Girişdə qoyulması infeksiyanın içəri daşınmasının qarşısını ala bilər, çıxışda qoyulması isə bayıra daşınmasının. Metroda necə sıxlıq müşahidə edilir. Belə davam edəcəyi halda heç bir sərtləşdirmə yoluxmanın qarşısını ala bilməyəcək”.

Tarix
2020.06.04 / 12:13
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

O, məni şərləyəndə Bəylər Əyyubov prezidentə demişdi ki...

Rusiyadakı qadın təşkilatlarına və cəmiyyətlərə müraciət

Türk mediası Rusiyadakı zorakılığı göstərdi - Video

Rusiyada öldürülən qardaşlar: ekspertizanın nəticəsi...

Ərdoğandan Azərbaycana növbəti təşəkkür

Bakıya gələn “Ruptly”nin redaktoru saxlanıldı – Təcili

Bakıda Rusiyanın Mədəniyyət Mərkəzi bağlanıb?

Yekaterinburqdakı qətllə bağlı bəyanat yayıldı

Rusiya "tarixi iddialara" əsaslanır, postsovet ölkələrinə qarşı...

Paşinyan Kallasla görüşdü, sülh prosesindən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla