Yuxarı

İki məmur işdən çıxarıldı: cinayət işi açılır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qubanın icra başçısı iki vəzifəli şəxs barədə prokurorluğa müraciət edib.

Axar.az Report-a istinadən xəbər verir ki, icra başçısı Ziyəddin Əliyevin tapşırığına əsasən rayonun Zərdabi və Talabıqışlaq İnzibati Ərazi Dairələri (İƏD) üzrə nümayəndəlikdə DOST-İş Mərkəzi MMC-nin xəttilə aztəminatlı vətəndaşların ödənişli ictimai işlərə cəlb olunması sahəsində şəffaflıq və ədalətlilik prinsiplərinə əməl olunması vəziyyəti yoxlanılıb.

Yoxlama zamanı ciddi qanun pozuntuları aşkarlanıb. Məlum olub ki, iki icra nümayəndəsi ödəmə kartlarının mənimsənilməsi, yaxın qohumlarının ödənişli ictimai işlərə cəlb olunması və digər qanun pozuntuları ediblər.

Daha sonra Quba Rayon İcra Hakimiyyətinin başçısı Z.Əliyev Zərdabi İƏD üzrə nümayəndə Ramin Rasif oğlu Nəcəfov və Talabıqışlaq İƏD üzrə nümayəndə Şahin Nizam oğlu Heybətovu tutduqları vəzifədən azad edib və əməllərinə hüquqi qiymət verilməsi üçün prokurorluq orqanlarına müraciət olunub.

Faktlarla bağlı araşdırma aparılır.

Tarix
2020.06.05 / 13:14
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… - Paşinyan

Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olundu

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Cabbarov Özbəkistan prezidenti ilə görüşdü - Foto

Bunun sonu faciə olacaq - İlham Əliyev

ABŞ Azərbaycandan bu şirkətə sanksiya tətbiq etdi

İlham Əliyev bizə mühüm mesajlar verdi - Moratinos

Baş nazir Taqal ilə görüşdü - Foto

İlham Əliyev İraqa səfər edəcək

Qubad İbadoğlu ilə bağlı yeni qərar verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla