Yuxarı

Daha 150 obyekt karantin qaydalarını pozdu - Rəsmi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Daha 150 obyekt karantin qaydalarını pozdu - Rəsmi

Mayın 22-dən iyunun 4-dək 3535 sahibkarlıq subyektində monitorinq keçirilib, 1 655 obyektdə zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərin pozulması halları aşkarlanıb.

Axar.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Bildirilib ki, iyunun 4-də keçirilən növbəti monitorinqlərdə Suraxanı rayonunda “Fəqan” mağazasında, “Kafe çayka” ictimai iaşə obyektində, Xəzər rayonunda Arzuman İsgəndorova məxsus “Avto ehtiyat hissələri” mağazasında, Quba rayonunda “Grand Market”də, “İnşaat Aksesuarları” mağazasında, “Dokta-2019” aptekində, “Yüksəl” restoranında, Ağcabədi rayonunda “Unversam”, “FM İnşaat” mağazalarında, “Market” pərakəndə ticarət obyektində, “Dönər” ictimai iaşə obyektində, Oğuz rayonunda “Kafe-Çay evi” ictimai iaşə obyektində, “Aytən” gözəllik salonunda, İsmayıl İsmayılova məxsus ət dükanında, Tərtər rayonunda “Oba Market”də, Sahib Quliyevə məxsus “Bərbərxana”da, Goranboy rayonunda “El Market”də, Bokt MMC-yə məxsus “Asel kredit”də, Cəlilabad rayonunda “İnşaat malları mağazası”nda, “Rəmzi market”də, “Aptek Dokta”da, İsmayıllı rayonunda “Aptek Zeytun 8”də, “Gəncə Çörək sexi”ndə və s. ticarət və xidmət obyektlərində ümumilikdə, monitorinq aparılan 377 obyektin 150-də zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl olunmaması hallarına rast gəlinib.

Monitorinqlər zamanı sahibkarlarla maarifləndirici söhbətlər aparılıb, Nazirlər Kabinetinin qərarları ilə müəyyən olunmuş xüsusi karantin qaydalarına, Nazirlər Kabineti yanında operativ qərargahın müəyyənləşdirdiyi zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə tam əməl olunması, qabaqlayıcı profilaktik tədbirlərin görülməsi zərurəti bir daha diqqətə çatdırılıb.

Tarix
2020.06.05 / 20:21
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı və Ankaraya qarşı planın əsas hədəfi - Akyar

Azərbaycan BMT-də mina təhlükəsi məsələsini qaldırdı

Qalibafdan sirli paylaşım: Çıx get! - Foto

TBMM-də çıxış: Əliyevi hədəf alanlar... – Video

Ərdoğanın İlham Əliyevi şəxsən dəvət etməsi... - Deputat

Vaqif Sadıqov etimadnaməsini Gi Parmelinə təqdim etdi

Azərbaycan və Norveç siyasi məsləhətləşmələr apardı

Netanyahu 5 gündən sonra gedir? – Ekspert

Türkiyə ilə sərhədin açılması üçün... - Paşinyan

Paşinyan fikrini dəyişdi - Sülh sazişi ilə bağlı tarix...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla