Yuxarı

Azərbaycanlı deputat: Bizi söyür, köçürmək istəyirdilər...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstan koronavirusdan qurtulsa da, hələ uzun müddət iqtisadi böhrandan çıxa bilməyəcək.

Axar.az xəbər verir ki, bu sözləri Gürcüstan Milli Hərəkat Partiyasının üzvü və parlamentin azərbaycanlı deputatı Azər Süleymanov "Sputnik Azərbaycan"a ölkəsinin koronavirusla mübarizəsini və postpandemiya dövrünün perspektivlərini şərh edərkən deyib.

Süleymanovun fikrincə, pandemiya nə din, nə dil, nə də irq tanıyır:

"Biz hamımız Gürcüstan vətəndaşıyıq. Artıq xəstəxanalarda koronavirus xəstəsi olan azərbaycanlı yoxdur. Cəmi 13 nəfər dünyasını dəyişib. Koronavirusa yoluxan azərbaycanlılardan isə iki nəfəri vəfat edib, qalanları sağalaraq normal həyata dönüblər".

Millət vəkili onu da vurğulayıb ki, azərbaycanlıların koronavirusa yoluxması Gürcüstan hökuməti tərəfindən birmənalı qarşılanmayıb:

"Gürcüstan hökuməti elə davrandı ki, sanki bu virus dünyaya Çindən yox, Gürcüstanın Marneuli rayonunun azərbaycanlılarından keçib. Bizi blokadaya, karantinə aldılar. Bizi söyürdülər, köçürmək istəyirdilər. Haqqımızda nalayiq ifadələr işlədirdilər. Biz tələb etdik ki, cinayət işi başlasın. Amma bütün cəhdlər nəticəsiz qaldı".

A.Süleymanovun sözlərinə görə, Gürcüstanın koronavirusla mübarizədə bacarıqlı olmasına səbəb insanların özünün mübarizə aparmasıdır:

"Azərbaycandakı vəziyyəti izləyirdim. Polislərə butulka atmaq, zibil atmaq, qovmaq halları qeydə alındı. Gürcüstanda insanlar daha çox qayda-qanunlara əməl edirlər. Hər kəs koronavirusun necə qorxulu xəstəlik olduğunu anlayır. Bu elə xəstəlikdir ki, onun nə qədər təhlükəli olduğunu öz canında hiss edəndə anlayırsan. Koronavirusa yoluxmuş insanlarla söhbətlərimiz oldu. Bu elə qorxunc xəstəlikdir ki, bir balaca immun sistemi zəif insan bundan sağalmaya bilər. Gürcüstan əhalisi bir nəfər kimi qaydalara əməl etdi".

A.Süleymanov koronavirusla mübarizədə Gürcüstan həkimlərinin də böyük rolunun olduğunu vurğulayıb. O bildirib ki, həkimlər canları bahasına xəstəliklə mübarizə aparıblar. Hətta aralarında virusa yoluxanlar da olub.

Millət vəkilinin sözlərinə görə, Gürcüstan koronavirusdan qurtulsa da, hələ uzun müddət iqtisadi böhrandan çıxa bilməyəcək:

"Ölkənin yeganə gəlir mənbəyi turizm sahəsi idi. Vətəndaşların gəliri sıfır səviyyəsindədir. Əhalinin 80 faizinin banklara kredit borcu var. Bu gün, təəssüf ki, dövlətin böhrana qarşı mübarizə planı yoxdur. Böhrandan necə çıxacaqları bəlli deyil. Əhaliyə də heç nə təklif edə bilmirlər. Gürcüstanda vəziyyət gündən-günə ağırlaşır".

"Qarşıdan parlament seçkisi gəlir. Bu gün Gürcüstan az qala kriminal bir dövlətə çevrilib və ən əsası insanlar gələcəyə ümidlərini itiriblər. Yəqin ki, belə davam etsə, payızda Gürcü Arzusu Partiyası və bugünkü rəhbərliyə son qoyulacaq. Ola bilsin, Gürcüstanda hər şeyi yenidən quraq", - deyə Süleymanov əlavə edib.

Tarix
2020.06.14 / 23:46
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla