Yuxarı

Nazirdən təhsillə bağlı yeni - Əmr

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazirdən təhsillə bağlı yeni - Əmr

Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov "İbtidai təhsil səviyyəsi üzrə inklüziv təhsilin tətbiqi" layihəsinin icrası barədə əmr imzalayıb.

Bu barədə Report-a nazirlikdən məlumat verilib.

Əmrin imzalanmasında məqsəd Azərbaycanın Təhsil Nazirliyi və BMT-nın Uşaq Fondu (UNİCEF) arasında 2014-cü il tarixində imzalanan "2014-2015-ci illərə dair İllik Fəaliyyət Planı"na müvafiq olaraq əlilliyi olan sağlamlıq imkanları məhdud uşaqların ümumi təhsil müəssisələrinə inklüziv təhsilə cəlb olunması üçün nəzərdə tutulan "İbtidai təhsil səviyyəsi üzrə inklüziv təhsilin tətbiqi" layihəsinin icrasını təmin etməkdir.

Əmrə əsasən, BMT-nın Uşaq Fondu (UNİCEF) tərəfindən maliyyələşdirilən "İbtidai təhsil səviyyəsi üzrə inklüziv təhsilin tətbiqi" layihəsinin icrası ilə bağlı Təhsil Nazirliyinin Fəaliyyət Planı təsdiq edilməli, Nizami rayonu 220 nömrəli məktəb-lisey və Xətai rayonu 138 nömrəli orta məktəb layihə üzrə pilot müəssisə təyin edilməli, pilot müəssisələrdə loqopedik xidmət yaradılmalıdır. Həmçinin layihənin Fəaliyyət Planının icrası və koordinasiyası De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinə (M. Hacıyeva) tapşırılıb.

Əmrin icrasına nəzarət isə İnformasiya şöbəsinə (E.Əliyev) həvalə olunub.

Tarix
2015.03.29 / 17:14
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Endi Börnhemlə görüşdü

Azərbaycanda bu institutun adı dəyişdirildi - Video

Əliyev Nauseda ilə regional sülhü müzakirə etdi

Leyla Əliyeva mühüm müzakirələrdə iştirak etdi

İlham Əliyev Antonio Koşta ilə görüşdü

İlham Əliyev rumıniyalı həmkarı ilə görüşdü

Avropa Birliyinin sammitinin Bakıda keçirilməsi... - Davkova

General qızı azadlıqda... - Video

Bakı və London münasibətləri strateji səviyyəyə yüksəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla