Yuxarı

Dubay şeyxi Bakıda hansı oteldə və neçəyə qalıb?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dubay şeyxi Bakıda hansı oteldə və neçəyə qalıb?

18 milyard dollar sərvəti olan Dubay şahzadəsi Həmdan bin Məhəmməd bin Rəşid Bakıya səfəri zamanı paytaxın ən dəbdəbəli və ən məşhur "Fairmont Baku" otelində gecələyib.

Azvision.az xəbər verir ki, Dubay şahzadəsinin özü ilə gətirdiyi qonaqlar da həmin oteldə qalıblar.

Oteldən qonaqların qaldıqları lüks nömrələrinin qiymətləri barədə də məlumat verilib. Qeyd edilib ki, ərəb şexyi "Fairmont Baku"də ən bahalı və lüks nömrəni sifariş edib.

"Oteldə iki ən böyük lüks otaq var. Otaqlar 100 kvadrat metrdir. Qiymətə səhər yeməyi, günorta şirniyyatlarla çay dəsgahı və şam yeməyi daxildir. Gecə də alkollu və alkolsuz içkilər verilir. Həmin otaqlar 20-ci mərtəbədən yuxarıda yerləşir. Otaqların birinin beş günlük qiyməti əlavə dəyər vergisi də daxil olmaqla 7 min manatdır. Həmin otaqların adları "Fairmont Gold Singanture Suitdir". "Prezident" dairəsinin isə bir gecəlik qiyməti 4485 manatdır. Burada iki yataq var. İçərisində qonaq otağı və mətbəxi də var. Oteldə cəmi bir "prezident" otağı var".

Xatırladaq ki, martın 23-də ölkəmizə ova gələn Dubay şahzadəsi Həmdan bin Məhəmməd bin Rəşidin 18 milyard dollar sərvəti var.

Tarix
2015.03.29 / 23:45
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyə Cümhuriyyətinin qurulmasından 103 il ötür

Azərbaycanı tənqid edənlər başlarını divara vursunlar - Paşinyan

İlham Əliyev İspaniyaya başsağlığı verdi

Döyüş komandanlığında NATO heyəti ilə görüş

İsraildə yeni hökumət qurulur: Daha aqressiv olacaq?

Bu rayonların icra hakimiyyətlərində həbslər başlayır?

Azərbaycanın sanksiya siyahısı yeniləndi

Bratislavadan Bakıya ilk aviareys yola düşdü

Azərbaycan İspaniyaya başsağlığı verdi

İcbari tibbi sığorta ödənişi ilə bağlı dəyişiklik

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla