Yuxarı

Bakı qeydiyyatında olanlar rayondan necə gələcək?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı qeydiyyatında olanlar rayondan necə gələcək?

Daha əvvəl rayona getmiş Bakı qeydiyyatında olan şəxslər paytaxt ərazisinə keçdikdən sonra SMS-icazə almaqla ünvana gedə bilər.

Axar.az xəbər verir ki, bu barədə Report-a Baş Dövlət Yol Polis İdarəsinin şöbə rəisi, polkovnik Kamran Əliyev deyib.

O qeyd edib ki, həmin şəxslər Ələt postunda Bakının inzibati ərazisinə daxil olduğu zaman hərəkət eləməyinə icazə almaq üçün mütləq SMS göndərməlidir:

“Həmin şəxs hərəkət etməyinə icazə aldıqdan sonra artıq Bakıya gələ bilər. Ola bilər ki, həmin şəxslər 2-3 aydır rayona gedib, orada qalıb, zərurətlə əlaqədar da evinə qayıtmalıdır. Həmin şəxslər Bakı qeydiyyatında olmasına baxmayaraq, onun paytaxt ərazisində hərəkət eləməsi üçün ən azı SMS-icazəsi olmalıdır”.

Qeyd edək ki, Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonu ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə qərar qəbul edilib.

Qərara əsasən, sərt karantin rejimi 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək davam edəcək.

Tarix
2020.06.20 / 10:14
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanda qalmaqal: Gizli şəkildə Azərbaycana ötürüblər

Fidan Mansurova yüksək vəzifəyə təyin olundu

Prezidentin Türkmənistana səfəri ilə bağlı video paylaşıldı

İlham Əliyev Türkmənistanda bu festivalda iştirak etdi - Foto

Prezident Türkmənistanda Paşinyanla söhbətləşdi - Foto

Dövlət başçıları Türkmənistanda konsert izlədi - Video

Prezident Türkmənbaşıda tədbirdə iştirak etdi - Foto

Onlar Azərbaycanla Ermənistan arasında müharibəyə çalışır!

Jirinovskinin daha bir öngörüsü düz çıxdı: taun - Video

Azərbaycan və Ermənistan rəsmiləri Gorusda görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla