Yuxarı

AzTV-nin 7 əməkdaşı koronaya yoluxdu, 1-i öldü - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
AzTV-nin 7 əməkdaşı koronaya yoluxdu, 1-i öldü - Video

14:07

Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşı koronavirusa yoluxaraq vəfat edib.

Bu barədə Axar.az-a qurumun İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, qurumun İctimai-siyasi və analitik verilişlər departamentinin rejissoru Samir Nemətzadə bir neçə gün əvvəl səhhətinin ağırlaşması səbəbindən xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

"Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin kollektivi həyatını itirən əməkdaşına Allahdan rəhmət diləyir və ailəsinə dərin hüznlə başsağlığı verir. Əlavə edək ki, hazırda daha 5 əməkdaşımız xəstəxanada müalicə alır, 1 nəfər isə evə buraxılıb və onların səhhətində hər hansı ağırlaşma yoxdur. Xəstəliyin əməkdaşlar arasında geniş yayılmaması üçün şirkət daxilində dezinfeksiya tədbirləri davam etdirilir, hərarəti yüksək olan əməkdaşlar QSC daxilinə buraxılmır və ümumi sayı 3000-ə yaxın olan kollektivin hazırda yalnız min nəfəri iş başındadır. Qalan əməkdaşlar isə əməkdaşlığı distant şəkildə, evdə qalaraq davam etdirir", - məlumadta bildirilib.

Tarix
2020.07.01 / 14:51
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Mixail Kavelaşviliyə başsağlığı verdi

İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul etdilər

İlham Əliyevin To Lam ilə geniş tərkibdə görüşü oldu

Prezidentin Hanoyda rəsmi qarşılanma mərasimi oldu

Abbaszadənin gedişi DİM-də nələri dəyişəcək?

Vüsal Nəsirli zənglərimə cavab vermir - Deputat

BDU-nun işdən çıxarılan prorektoru kimdir?

Prezidentin hesablarında Vyetnam səfəri ilə bağlı - Videoçarx

Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

Bakı dünya güclərini üstələyə bilər – Belyayev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla