Yuxarı

Rusiyada səsvermə yekunlaşdı: İlkin nəticələr...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiyada səsvermə yekunlaşdı: İlkin nəticələr...

2020.07.01 - 19:12

Rusiyada səsvermədə iştirak edənlərin 74,18 faizi Konstitusiyaya düzəlişləri dəstəkləyir.

Axar.az Rusiya Mərkəzi Seçki Komissiyasına istinadən xəbər verir ki, iyulun 1-də günün birinci yarısınadək səs verən Rusiya vətəndaşlarının 74,18 faizi Konstitusiyaya düzəlişləri dəstəkləyib, 24,69 faizi isə düzəlişlərin əleyhinədir. Ölkə üzrə səsvermə hüququ olan vətəndaşların 60 faizdən çoxu artıq səs verib.

Xatırladaq ki, Rusiyada Konstitusiyaya düzəlişlərə dair səsvermə keçirilir. Əvvəlcə səsvermə aprelin 22-ə təyin edilmişdi. Sonradan koronovirus pandemiyası ilə əlaqədar səsvermənin tarixi dəyişdirilərək iyulun 1-nə keçirildi.

***

Rusiyada Konstitusiyaya düzəlişlər üzrə səsvermə yekunlaşıb.

Kalininqraddakı sonuncu seçki məntəqələri da artıq bağlanıb.

***

Rusiyada keçirilən seçkilərin nəticələri ilə bağlı ekzit-pollun ilkin nəticələri bəlli olub.

Rusiyalıların 71,2 faizi ölkənin ali qanununa dəyişiklikləri dəstəkləyib. Səs verənlərin 28,3 faizi bu dəyişikliklərə qarşı çıxıb.

Mərkəzi Seçki Komissiyasının məlumatına görə, hazırda protokolların 30 faizi hesablanıb. Nəticədə səs verənlərin 74,1 faizinin dəyişikliklərə tərəfdar olduğu müəyyən edilib.

Seçici fəallığı təxminən 65 faiz təşkil edib.

Tarix
2020.07.02 / 01:21
Müəllif
Axar.az
Digər xəbərlər

İrəvanda sammit: İlham Əliyev çıxış etdi - Foto

Sammit Azərbaycan-Ermənistan sülhü sayəsində mümkün oldu

Azərbaycandan keçməklə Ermənistana gübrə göndərildi

Sülhün praktik faydalarını görürük - İlham Əliyev

Ermənistana 28 min ton yük çatdırılıb - Prezident

İlham Əliyev Nikol Paşinyanı təbrik etdi

Biz cəmi doqquz aydır ki, sülh şəraitində yaşayırıq - Prezident

Sammitdə iştirakım bunun reallıq olduğunu açıq şəkildə göstərir

İrəvanda toplantı: Əliyev Avropa Parlamentini tənqid etdi

Azərbaycan Prezidenti ilk dəfədir İrəvandakı tədbirdə iştirak edir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla