Yuxarı

Korona ilə bağlı yeni layihə: həkimə onlayn sual imkanı...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Korona ilə bağlı yeni layihə: həkimə onlayn sual imkanı...

“Zəka” Ziyalılar Məclisi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə birgə keçirdiyi qrant müsabiqəsində qalib olan “COVİD-19 pandemiyası ilə bağlı əhaliyə tibbi və psixoloji informasiya dəstəyinin təşkili” adlı layihənin icrasına başlayıb.

Birlikdən Axar.az-a verilən məlumata görə, layihə çərçivəsində COVİD-19-la bağlı hökumətin atdığı addımlar, karantin rejiminə görə zərər çəkən sahələrə və fərdlərə göstərilən dəstək, tətbiq olunan məcburi hüquqi məhdudiyyətlər, pandemiyadan sonrakı dövrə hazırlaşma, bu müddət ərzində əhalinin yararlana biləcəyi xidmətlər, həmçinin, mövcud durum və problemlərlə bağlı maarifləndirmə xarakterli materiallar hazırlanır.

Layihənin icrası dövründə mütəxəssislərin və həkimlərin birbaşa iştirakı ilə hazırlanan yazılarda COVİD-19-un ilkin əlamətləri, fərdi izoliyasiya qaydaları, pandemiyalar və epidemiyalar zamanı davranış üsulları, virusdan qorunma, yerli icra qurumlarının, səhiyyə və polis əməkdaşlarının fəaliyyət istiqamətləri barəsində əhatəli məlumatlar yer alacaq.

Həmçinin Azərbaycanda və xaricdə yaşayan həkimlərimizlə geniş müsahibələr dərc ediləcək. Bundan başqa, durumun ciddiyyətini insanlara çatdırmaq üçün koronavirusa yoluxmuş xəstələrdən, “Atletlər kəndi”ndə nəzarətdə olan şəxslərdən intensiv şəkildə açıqlamalar alınacaq.

Birlikdən o da bildirilib ki, artıq koronavirus pandemiyası səbəbindən elan edilən xüsusi karantində qan xəstəliyindən əziyyət çəkənlərin qanla təminatında problemin olmaması üçün Mərkəzi Qan Bankı və onun regional bölmələri ilə bağlı koordinatların əks olunduğu banner hazırlanıb və ixtisaslaşmış tibb portalı olan Medcina.az-da yerləşdirilib. Həmçinin pandemiya və sərt karantin dövründə insanlara psixoloji yardım göstərmək üçün saytın onlayn çat bölümündə psixoloq konsultasiyası təşkil edilib.

Layihənin icrası müddətində saytın onlayn “Həkimə sualın var” bölməsində hər gün pandemiya və koronavirusla bağlı suallara cavab veriləcək.

Bundan başqa, layihə ilə bağlı silsilə videoçarxlar hazırlanır və saytın 17 minə yaxın abunəsi olan Yutub kanalında yayımlanır.

Tarix
2020.07.01 / 22:41
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyə 125 ölkə ilə 350 müqavilə imzaladı - Azərbaycan da var

Günay Ağamalıdan qurultaydakı qalmaqalla bağlı bəyanat

Paşinyan Azərbaycanla sərhəddə

Yevgeni Belousov da Bakını tərk etdi

Fəzail Ağamalı istefa verib, görüntülər var - Elçin Ağamalı

Mehdiyevin Heydərovla bağlı şok əməli üzə çıxdı

Paşinyan bu türk ölkəsinə gedəcəyini təsdiqlədi

Bu, Zəfərin mühüm strateji mərhələsi idi

30-dan çox ölkənin parlament sədrləri Bakıda toplaşacaq

Azərbaycan XİN Qazaxıstanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla