Yuxarı

Koronadan necə qorunmalıyıq? Baş infeksionist - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Koronadan necə qorunmalıyıq? Baş infeksionist - Video

15:35

İnsanların COVİD-19-un əlamətlərini müşahidə edən kimi test analizi vermədən, həkim nəzarəti olmadan özlərini müalicə etməsi yolverilməzdir.

Axar.az xəbər verir ki, bunu Trend-ə Səhiyyə Nazirliyinin baş infeksionisti Cəlal İsayev deyib.

Onun sözlərinə görə, müalicənin aparılması üçün həkim xəstəyə baxış keçirməlidir. Bundan sonra xəstəyə müalicəni həkim təyin etməlidir:

"İnsanların hansı dərmanların istifadə etməsini həkim müəyyən etməlidir. Ola bilər ki, kimsə xəstəliyin bir əlamətini özündə müşahidə edən kimi özbaşına dərman qəbul edərək "mən artıq yaxşıyam, həkimə getmirəm" deyə bilər. Amma bu hal, ümumiyyətlə, xəstənin özünün evdə özbaşına müalicəsi yolverilməzdir".

C.İsayev bir çox insanların özlərini COVİD-19-la mübarizəyə hazırlamaq üçün arbidol dərmanından istifadə etməsini də yolverilməz sayıb:

"Arbidol COVİD-19 virusuna çox zəif təsir göstərir. İnsanlar bütün hallarda orqanizmlərini virusa hazırlamaq istəyirlərsə, bunu dərmanla deyil, düzgün qidalanma ilə etməlidirlər. Özünü virusdan qorumağa hazırlayan insan yaxşı, vitaminli qidalar qəbul etməli, yaxşı yatmalı, stressdən uzaq olmalı, zərərli vərdişlərini tərgitməlidir. Bütün bunlar immunitetin güclənməsinə səbəb olan faktorlardır. Sağlam qidalanma, sağlam yuxu, zərərli vərdişlərin tərgidilməsi orqanizmin təbii şəkildə güclənməsinə səbəb olur".

Tarix
2020.07.02 / 17:08
Müəllif
Axar.az
Digər xəbərlər

Mehriban Əliyeva bu sözlərlə xalqı təbrik etdi

Şahməddin Abdullayevə yüksək vəzifə verildi

Bu əməliyyat dünya tarixində görünməmiş hadisədir

Antiterror əməliyyatına Ermənistan müdaxilə etsəydi...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım

Erməni əsilli məhbusların hüquqları pozulur?

Bu, ərazi bütövlüyünün bərpasının təzahürü idi

Qarabağdakı qondarma rejimin özünü buraxan qərarı

Prezident Türkiyəyə yardım edən Sərvərdən danışdı - Video

ABŞ saziş bağladı, geri çəkilir - Türkiyə savaşa girir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla