Yuxarı

Tədris ilinin yekunu ilə bağlı forum keçirildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyulun 8-də Təhsil Nazirliyi, Milli Məclisin Elm və təhsil komitəsi, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının birgə təşkilatçılığı ilə tədris ilinin yekununa dair onlayn forum keçirilib.

Nazirlikdən Axar.az-a verilən məlumata görə, "Mikrosoft Teams" onlayn platforması üzərindən təşkil olunan virtual tədbirə respublikanın müxtəlif bölgələrini təmsil edən 1 700-dən artıq müəllim və təhsil işçisi qatılıb. Forumda Təhsil naziri Ceyhun Bayramov, millət vəkilləri Bəxtiyar Əliyev və Şahin Seyidzadə də iştirak edib.

Koronavirus pandemiyası ilə əlaqədar distant təhsil formatına keçən Azərbaycan təhsil sistemi və müvafiq istiqamətdə görülən işlər haqqında geniş məlumat verən Təhsil naziri Ceyhun Bayramov bu dövrdə təhsildə fasiləsizliyin və davamlılığın təmin olunması üzrə teledərslər, videodərslər və digər elektron tədris resurslarından səmərəli istifadə olunduğunu xüsusi qeyd edib. “Dərs vaxtı” və “Virtual məktəb” imkanları vasitəsilə təhsilalanların təhsildən geri qalmaması, təhsilverənlərin böyük zəhmət və fədakarlıqlarından söz açan Təhsil naziri post-pandemiya dövrü üçün təhsil sisteminin əsas hədəflərini açıqlayıb və qarşıda duran vəzifələri diqqətə çatdırıb.

Təhsil sahəsində yeni çağırışlar və əsas istiqamətlər haqqında danışan millət vəkili Bəxtiyar Əliyev bu müddətdə qanunverici orqanda da təhsil sahəsində bir çox normativ-hüquqi sənədlərin hazırlanaraq qəbul olunduğunu bildirib. Millət vəkili qeyd edib ki, rəhbəri olduğu Elm və təhsil komitəsi pandemiya şəraitində təhsillə bağlı bir sıra onlayn görüş, iclas və tədbirlər təşkil edib. Bəxtiyar Əliyev Təhsil Nazirliyi ilə sıx əməkdaşlıqda çalışdıqlarını və birgə addımların atılması istiqamətindəki fəaliyyəti müsbət qiymətləndirib.

Millət vəkili Şahin Seyidzadə tədris ilində görülən işlər, pandemiya şəraitində ənənəvi təhsilin virtual təhsilə transferi, post-pandemiya dövrü üçün fəaliyyətlər, o cümlədən, onlayn platformalarda müəllimlərin və təhsilin inkişafı istiqamətində həyata keçirilən tədbirlər barədə qısa məlumat verib, təhsil işçilərini və AGMA-nı gələcək addımlarda təşəbbüs və təkliflərlə çıxış etməyə dəvət edib.

Sonra Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının keçdiyi yol və gördüyü işlər, pandemiya şəraitində və post-pandemiya dövrü üçün fəaliyyəti, gələcək tədbirlər barədə təqdimat olub.

Forum qarşılıqlı fikir mübadiləsi şəklində davam etdirilib, müəllimlərin sualları cavablandırılıb, fikir və təklifləri dinlənilib.

Tarix
2020.07.08 / 20:16
Müəllif
Axar.az
Digər xəbərlər

Tramp istədi, AB əməl edir: Rusiyadan idxal dayandırılır...

Bayramov Marta Kos ilə bölgədəki vəziyyəti müzakirə etdi

Rusiya hərbi gəmisini gələn həftə Bakıya göndərir - Səbəb

Quru sərhədlərin açılması barədə vacib açıqlama

Sahibə Qafarova Malayziya baş naziri ilə görüşdü

Bu yolun Azərbaycana verilməsi düzgün qərardır - Nikol

Əli Əsədov Bişkekdə mühüm görüşdə - Foto

Azərbaycan Zəngəzur vasitəsilə silah daşıyacaq? - Paşinyan

Trampın Albaniya ilə Ermənistanı səhv salması...

Əli Əsədov Bişkekdə Japarovla görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla