Yuxarı

Toysuz evinə gəlin gətirdi, polisə çağırıldı - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Toysuz evinə gəlin gətirdi, polisə çağırıldı - Foto

Qaradağ rayonunun Ələt qəsəbə nümayəndəliyinə ötən gün Ələt qəsəbə sakini Ayaz Həsən oğlu Rzayevin oğluna toy məclisi keçirilmədən evinə gəlin gətirilməsini planlaşdırdığı məlumatı daxil olub.

Axar.az xəbər verir ki, daxil olan məlumat nəzarətə götürülüb və Rzayevlər ailəsi ilə müvafiq söhbətlər aparılıb.

Həmin ünvan gün ərzində müvafiq qurumlar tərəfindən nəzarətdə saxlanılıb və müəyyən edilib ki, həqiqətən heç bir geniş tərkibli və musiqili məclis təşkil olunmayıb.

Lakin gecə saatlarında 10 nəfərdən artıq toplaşma olduğu üçün Nazirlər Kabinetinin müvafiq qərarına əsasən polis əməkdaşları tərəfindən 13 nəfər polis bölməsinə aparılaraq qanunamüvafiq qaydada protokol yazılıb və onlar cərimələniblər.

Tarix
2020.07.08 / 22:45
Müəllif
Axar.az
Digər xəbərlər

Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

Bakı dünya güclərini üstələyə bilər – Belyayev

Asiya ölkələri ilə əlaqələrimiz yüksələn xətlə inkişaf edir

İlham Əliyev Çan Tan Man ilə görüşdü - Foto

Vyetnama nə satıb, nələr almışıq?

İlham Əliyev Le Minh Hunq ilə görüşdü

Bu ölkənin Azərbaycanda səfirliyi açılacaq

Ukraynada həbsdə olan Misir Qasımlı azad edilir?

Kestutis Budris Azərbaycana gəlir

İlham Əliyev Ho Şi Minin məqbərəsini ziyarət etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla