Yuxarı

Bakıya yeni terminallar gətirildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıya yeni terminallar gətirildi

Bakıda Azərbaycan Beynəlxalq Bankının (ABB) yeni ödəmə terminalları quraşdırılıb.

Bu barədə Trend-ə "AzeriCard" Prosessinq Mərkəzinin biznesin inkişafı departamentinin rəhbəri Cahangir Məmmədov bildirib.

Onun sözlərinə görə, terminallarda kredit xidmətləri, kommunal xidmətlər, mobil rabitə və internet xidmətlərinin ödənişini həyata keçirmək mümkündür: "Hazırda terminallar bir sıra ABB filiallarında yerləşdirilib. Tədricən terminallar bankın bütün filiallarında quraşdırılacaq, perspektivdə isə paytaxtın ictimai yerləri nəzərdə tutulur. Yeni terminalların "MilliÖN" və "eManat" terminallarından fərqi odur ki, ödənişi həm nəğd pulla, həm də bank kartı ilə həyata keçirmək olur. Həmçinin terminal nəğd pulu karta köçürməyə imkan yaradır".

Hazırda ödəmə terminalları bazarında "Komtec" şirkətinin "MilliÖn", "Modenis" şirkətinin "eManat" və "Expressbank" ASC-nin "ExpressPay" terminalları təqdim olunur. Bu qurğular kommunal xidmətlər, stasionar və mobil telefonlara görə ödənişlər, internet, kabel televiziyası və bank kreditləri üzrə fəaliyyət göstərir.

Tarix
2015.04.06 / 10:23
Müəllif
Axar.az
Digər xəbərlər

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

Pilotun aşkar edilməsi tapşırıqları icra olundu

Ermənistan Azərbaycanla enerji əməkdaşlığını nəzərdən keçirir

Bakıda hakimiyyəti zorla dəyişmək istəyən Cəlal kimdir?

Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi

Ceyhun Bayramov AQEM-in baş katibi ilə görüşdü

Azərbaycanla bağlı çağırış edən türk jurnalist axtarışa verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla