Yuxarı

Hərbi yönümlü QHT-lər bəyanat yaydı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hərbi yönümlü QHT-lər bəyanat yaydı

Hərbi yönümlü Qeyri-Hökumət Təşkilatları bəyanat yayıb.

Axar.az-ın məlumatına görə, bəyanatda deyilir:

"Məlum olduğu kimi, iyulun 12-dən etibarən ölkəmizin Tovuz istiqamətində olan dövlət sərhədi fitnəkar düşmən olan separatçı Ermənistan tərəfindən hücumlara məruz qaldı. Qüdrətli Silahlı Qüvvələrimizin rəşadətli hərbçiləri düşmən tərəfin təxribatına tutarlı cavablar verir və əməliyyat şəraitinə tam nəzarət edir. Xalqımız baş verənləri həssaslıqla izləyir, Silahlı Qüvvələrimizə yüksək etimadlarını ifadə edərək hərbçilərimizin qəhrəmanlıqlarını qürur hissi ilə qarşılayırlar.

Ordumuzun uğurlu cavab əməliyyatları, düşmənin dayaq nöqtələrinə vurulan sarsıdıcı zərbələr hər bir Azərbaycan vətəndaşının sevincinə səbəb olur. Elə bütün bunların təzahürü idi ki, 14 iyul tarixində xalqımız meydanlara yürüş edərək dövlətimizə, hərbçilərimizə dəstək şüarları səsləndirib, milli birlik nümayiş etdirdilər. Regionun hesablaşılan gücü olan dövlətimiz cəbhə xəttində ərazisinin toxunulmazlığı istiqamətində hərbi əməliyyatlar keçirməklə bərabər həm daxildə həm də xaricdə olan məkrli insanların ordu-xalq birliyinə nifah salmaq istəyinə qarşı mübarizə aparır. Belə şəxslərdən biri də təxribat xarakterli video yayan düşmən xislətli Rəşad Məmmədovdur. "Vətənpər" açıqlamasında guya ki, cəbhədə baş verənlərə pis olduğunu, emosianallıq edərək həmin videonu düşünmədən paylaşdığını bildirir. Düşmənə xidmət edən əməlinə hansı don geyindirməsindən asılı olmayaraq bu kimi şəxslər hüquq-mühafizə orqanları tərəfindən ən sərt, ən qəddar formada cəzasını almalıdır. Çünki, düşmənə xidmət etməyin yalnız bir adı var - xəyanət!

Biz hərbiyönümlü QHT-müharibə şəraitinə uyğun cəzaların tətbiq olunmasını, ölüm hökmünün bərpa olunaraq riyakar, düşmənə xidmət edənlərin ölüm hökmü ilə cəzalanmasını tələb edirik.

1. “Ehtiyatda olan Zabitlərin Konfederasiyası” İctimai Birliyi

2. “Azərbaycan Qarabağ Müharibəsi, Əlilləri Veteranları və Şəhid Ailələri” İctimai Birliyi

3. “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyi

4. “Azərbaycan Vətən Müharibəsi Veteranları” İctimai Birliyi

5. “Azərbaycan Əfqanıstan Veteranları” İctimai Birliyi

6. “Azərbaycan Çernobl Əlilləri İttifaqı” İctimai Birliyi

7. “Qarabağ Qaziləri” İctimai Birliyi

8. “20 Yanvar” İctimai Birliyi

9. Azərbaycan Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyi

10. “Qarabağ Əlilləri və Veteranları” İctimai Birliyi

11. Beynəlmiləlçi Əlil Döyüşçülər Fondu

12. “Əsgər Ailəsi Cəmiyyəti” Vətənpərvərliyin Təbliği İctimai Birliyi

13. “Müharibə Veteranı Qadınlarına Sosial Yardım” İctimai Birliyi

14. “Şəhid Ailələrinin Hüquqlarının Təmin Olunması” İctimai Birliyi

15. “Əsgər Ailələrinə Dəstək” İctimai Birliyi

16. “Erməni Təcavüzünün Tanıdılması” İctimai Birliyi".

Tarix
2020.07.16 / 19:11
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentdən Qubadlı ilə bağlı paylaşım - Video

Qubadlının işğaldan azad olunmasından 5 il ötür

Deputatın gizlətdiyi qızı üzə çıxdı: Çöllərdə qalmışam... - Video

Azərbaycan bütün tərəfdaşlarla işləyəcək - Nazir

Azərbaycan BMT ilə mühüm sənəd imzaladı

Bakı İrəvana 3 milyardlıq malı kimin göstərişi ilə göndərib?

Azərbaycanlı jurnalist Rusiyada "xarici agent" elan edildi

General Abbasov niyə işdən çıxarıldı? - Səbəblər

Hakan Fidan Ramil Həsəni qəbul etdi

Prezidentin nümayəndəsi Emi Karlonla görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla