Yuxarı

Lerikə istirahətə gedənlər cərimələndi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Lerikə istirahətə gedənlər cərimələndi

Karantin günlərində müvafiq icazə olmadan qeyri-qanuni yollarla sərtləşdirilmiş karantin rejiminin olduğu digər rayon və şəhərlərdən Lerik rayonuna istirahətə gələn şəxslərlə bağlı tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Axar.az-a verilən məlumata görə, Lerik Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində keçirilən növbəti reyd zamanı sərtləşdirilmiş karantin rejimi elan olunan digər rayonlardan qaydaları pozaraq qeyri-qanuni yollarla istirahətə gələn şəxslər aşkarlanaraq barələrində tədbirlər görülüb.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə karantin rejimi dövründə heç bir icazələri olmadan Lerik rayonuna gələrək burada yerləşən istirahət mərkəzlərində dincələn Bakı, Gəncə və Sumqayıt sakini olan şəxslər müəyyən edilib və barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.

Qarşıdakı vaxtlarda bu cür qayda pozuntularının təkrar aşkar olunacağı təqdirdə daha ciddi tədbirlərin görüləcəyi onların diqqətinə çatdırılıb.

Tarix
2020.07.17 / 11:12
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan BMT-də mina təhlükəsi məsələsini qaldırdı

Qalibafdan sirli paylaşım: Çıx get! - Foto

TBMM-də çıxış: Əliyevi hədəf alanlar... – Video

Ərdoğanın İlham Əliyevi şəxsən dəvət etməsi... - Deputat

Vaqif Sadıqov etimadnaməsini Gi Parmelinə təqdim etdi

Azərbaycan və Norveç siyasi məsləhətləşmələr apardı

Netanyahu 5 gündən sonra gedir? – Ekspert

Türkiyə ilə sərhədin açılması üçün... - Paşinyan

Paşinyan fikrini dəyişdi - Sülh sazişi ilə bağlı tarix...

Paşinyan onu Azərbaycana qaytaracaqlarını açıqladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla