Yuxarı

Azərbaycanlı İŞİD-çilər məhkəmədə nələr danışdı?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanlı İŞİD-çilər məhkəmədə nələr danışdı?

Bakı Ağır Cinayətlər Məhkəməsində İŞİD-ə qoşulan 6 nəfərin məhkəməsi keçirilib. Lent.az yazır ki, Tariyel Mustafayev, Ruslan Mustafayev, Namiq Məmmədov, Elvin Əliyev, Tural Həsənov və Fərid Muradovun cinayət işi üzrə prosesə hakim Ənvər Seyidov sədrlik edib.

Axar.az onların məhkəmə çıxışlarından seçmələri təqdim edir.

Təqsirləndirilən şəxs Ruslan Mustafayev: "Məqsədim xeyirxahlıq olub. Bir həftə ərzində oradakı vəziyyəti görüb, geri qayıtmışam. İkinci dəfə mən Türkiyəyə işləməyə gedirdim. Hava limanında saxladılar. Suriyada olduğum müddətdə silahlı döyüş olmayıb".

***

Təqsirləndirilənlərdən Namiq Məmmədov: "2 ay Suriyada olmuşam. Sonra deport olunmuşam. Dekabrın 27-də cəriməmi də ödəyib Bakıya qayıtdım. Qayıtmağıma başqa bir səbəb də o olub ki, orada ədaləti görməmişəm. Mənim dini adım Abuhüseyn olub. O da balaca oğlumun adıdır".

***

Saxlanılanlardan Elvin Əliyev: "Suriyaya keçəndə Abuzər adlı şəxs qabağıma çıxıb. Ərəb dilini bilmədiyimə görə onun köməyindən istifadə etmişəm. Suriyada xəstəxanada işləmişəm, yaralılara kömək etmişəm. Bazardan ərzaq alırdım. Məni bir gün bazarda olanda əsir götürdülər. 20 gün əsirlik həyatı yaşadım. Sonra bilmədiyim səbəbdən məni azad elədilər".

***

Təqsirləndirilənlərdən Tariyel Mustafayev: "Mən 1999-cu ildən Maştağa ruhi dispanserində qeydiyyatdayam. Bakıda olanda eşitdim ki, Suriyada dini həkimlər pulsuz olaraq Quranla müalicə edir. İstanbula yoldaşımla getdim. Onu İstanbulda qoyub, Suriyanın Arkna şəhərinə getdim. 1 aya yaxın orda oldum, sonra Bakıya qayıtdım".

Tarix
2015.04.07 / 09:10
Müəllif
Axar.az
Digər xəbərlər

Paris Bakını blokladı, Türkiyə dərhal hərəkətə keçdi

2022-ci ildə Azərbaycanda bunun şahidi olduq - Bayraqdar

Azərbaycan və Türkiyə arasında son 10 gündə baş verənlər...

Qarabağ zəfərini bilirsinizmi kim qazandı? - Türk general

Hulusi Kılıçdan Azərbaycanla bağlı çağırış: Səsinizi kəsin!

6 il öncə Qələbəmizi izləyən güneylilər - Video

Prezident Türkiyəni nəzərdə tuturdu? - Sərrast cavab!

Medvedyev İrəvanı təhdid etdi: Yeni Ukraynaya çevriləcək

Prezidentin çıxışı ilə bağlı videoçarx paylaşıldı

YAP-ın qurultayının əsas siyasi məzmunu... – Qafarov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla