Yuxarı

Hacıqabulda qadını öldürüb, Bakıda gənci bıçaqladı - Rəsmi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Polis və prokurorluq orqanları tərəfindən birgə həyata keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində Hacıqabulda qadının qətlə yetirilməsində şübhəli bilinən şəxs Bakı şəhəri, Səbail rayonu ərazisində saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Axar.az-a verilən məlumata görə, iyulun 30-u saat 10.00 radələrində Hacıqabul rayonu ərazisindən keçən Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil magistral yolunun kənarında üzərində 1 ədəd kəsilmiş-deşilmiş xəsarəti olan naməlum qadın meyitinin aşkar olunması barədə məlumat daxil olub.

Dərhal polis və prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Hacıqabul Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib. İstintaqla mərhumun 1968-ci il təvəllüdlü Gülxara Qubadlıya aid olması müəyyənləşib.

Həmçinin elə həmin gün paytaxtın Səbail rayonu, Z.Əliyeva küçəsində Masallı rayon sakini, 1999-cu il təvəllüdlü Əli Rəcəbzadəyə yaşadığı mənzildə naməlum şəxs tərəfindən kəsici alətlə xəsarətlər yetirilməsi barədə polisə məlumat daxil olub.

Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsi əməkdaşları tərəfindən “isti” izlərlə həyata keçirilən əməliyyat tədbirləri nəticəsində Əli Rəcəbzadəyə bıçaqla xəsarətlər yetirməkdə şübhəli bilinən Hacıqabul rayonu, Nəvahi kənd sakini Hikmət Fərəcov saxlanılıb. Polis Bölməsində dindirilmə zamanı Hikmət Fərəcov iyulun 30-na keçən gecə Hacıqabul rayonu ərazisində Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil magistral yolunun kənarında Gülxara Qubadlını qətlə yetirdiyini də etiraf edib. Hacıqabul rayonunda hadisəni törədəndən sonra o, qadının çantasındakı pulu da götürərək Bakı şəhərinə gəlib.

Bakı şəhərində isə o, sosial şəbəkələrdən birində tanış olduğu Əli Rəcəbzadənin evinə yollanıb. Hikmət Fərəcov özü ilə gətirdiyi bıçaqla orada həmin şəxsə də xəsarətlər yetirib.

Hazırda prokurorluq və polis əməkdaşları tərəfində Hikmət Fərəcovun ətrafında intensiv istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Hikmət Fərəcovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı tanışı Əli Rəcəbzadəyə bıçaq zərbəsi vurub onu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edildiyindən Səbail Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adamöldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

Tarix
2020.07.31 / 16:38
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanlı Almaniyada yüksək vəzifəyə təyin olundu

Çin rəsmisi İrəvanda: Simonyanla Azərbaycandan danışdı

Prezident narkomanlığa qarşı bu proqramı təsdiqlədi

Mühüm qərar: Bu şəxslər işlə təmin ediləcək...

Prezidentdən Fətəli xan Xoyski ilə bağlı sərəncam

Tokayev Allahşükür Paşazadəni qəbul etdi

Marta Kos Bakıya gəlir: Ağdama da gedəcək

ABŞ səfirliyinin əməkdaşı yarım milyonu necə ələ keçirib?

Bəxtiyar Həsənovun Rusiya vətəndaşlığı ləğv olundu

Azərbaycana bu il ən çox sərmayə qoyan ölkələr

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla