Yuxarı

SMS-icazə ləğv edildi: korona xəstəsi küçəyə çıxarsa?..

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
SMS-icazə ləğv edildi: korona xəstəsi küçəyə çıxarsa?..

Avqustun 5-dən etibarən sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilən şəhər və rayonlarda SMS-icazə sistemi ləğv edilir. Bu isə sosial şəbəkələrdə koronaya yoluxan xəstələrin hərəkətinə nəzarətin hansı yolla tənzimlənməsi barədə müzakirələrə səbəb olub.

Məsələ ilə bağlı Axar.az-ın sorğusuna Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, virusa yoluxan şəxslərin qaydalara əməl etməsinə nəzarət məqsədilə yeniliklər tətbiq ediləcək:

“Evdə müalicə alan xəstələrin müşahidəsi sahə həkimləri tərəfindən həyata keçirilir. Əvvəlki qaydada sahə həkimləri gündəlik olaraq zəng vasitəsilə xəstələrin müşahidəsini aparır.

Qeyd edək ki, SMS-icazə xidməti ləğv olunduqdan sonra koronavirus xəstələrinə hüquq-mühafizə orqanlarının, Bakı Şəhər İcra Hakimiyyətinin, MİS işçilərinin, eləcə də digər qurumların iştirakı ilə nəzarət edilməsi nəzərdə tutulub. Eyni zamanda, SMS-icazə xidməti ləğv olunduqdan sonra E-TƏBİB mobil tətbiqində yeniliklər olacaq ki, bu barədə Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi tərəfindən bir müddət sonra rəsmi məlumat veriləcək”.

Tarix
2020.08.04 / 14:44
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Endi Börnhemlə görüşdü

Azərbaycanda bu institutun adı dəyişdirildi - Video

Əliyev Nauseda ilə regional sülhü müzakirə etdi

Leyla Əliyeva mühüm müzakirələrdə iştirak etdi

İlham Əliyev Antonio Koşta ilə görüşdü

İlham Əliyev rumıniyalı həmkarı ilə görüşdü

Avropa Birliyinin sammitinin Bakıda keçirilməsi... - Davkova

General qızı azadlıqda... - Video

Bakı və London münasibətləri strateji səviyyəyə yüksəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla