Yuxarı

Daha 8 vətəndaşımız ölkəyə gətirildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Daha 8 vətəndaşımız ölkəyə gətirildi

Azərbaycan hökuməti yeni koronavirus (COVİD-19) pandemiyasının yayılma təhlükəsi səbəbindən sərhədlərin bağlanmasına görə, müvəqqəti (xidməti və şəxsi səfərlərlə əlaqədar) Qazaxıstanda qalmış daha 8 vətəndaşı və 5 Qazaxıstan vətəndaşını (ailə üzvləri) ölkəmizə təxliyə edib.

Axar.az xəbər verir ki, Azərbaycanın Aktaudakı Baş Konsulluğundan verilən məlumata görə, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “Merkuri” bərə gəmisi ilə yola salınan vətəndaşların hamısı COVID-19 testindən keçiriliblər.

Ümumilikdə bu günə qədər baş konsulluq vasitəsilə Aktau limanından gəmi ilə 149 nəfər Vətənə göndərilib.

Azərbaycana təxliyə olunmağı gözləyən vətəndaşların baş konsulluqda qeydiyyatı davam etdirilir.

Tarix
2020.08.04 / 23:17
Müəllif
Axar.az
Digər xəbərlər

Sinin Trampa İran müharibəsi ilə bağlı mesajı...

Konqresin erməni şəbəkəsi: Bakıya qarşı oyun başlayır

Bakı-Ankara münasibətləri Astananı da narahat edir

Azərbaycan şirkətlərini Ukraynaya dəvət edirik - Şmıqal

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Səfirimiz Binəli Yıldırımla görüşdü

Ərdoğan Bakıya gəlir: Pərdəarxası məqamlar...

Şövkət Mirziyayev İlham Əliyevi təbrik etdi

BTQ-nin gənclər platformasına 40 ölkə qoşuldu

Türk əsgəri İran tərəfdən açılan atəşlə şəhid olub?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla