Yuxarı

Paşayeva “Səssiz Dünya” sədri ilə görüşdü - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Paşayeva “Səssiz Dünya” sədri ilə görüşdü - Foto

Milli Məclisin Mədəniyyət komitəsinin sədri, millət vəkili Qənirə Paşayeva “Səssiz Dünya" İşarət Dilində Danışan Əlillərə və İdmançılara Dəstək İctimai Birliyinin sədri Aidə Səfərova və sədr müavini, bloger Mahmud Səfərovla görüşüb.

Axar.az xəbər verir ki, görüş zamanı eşitmə və danışma imkanları məhdud olan şəxslərin bu sahədə olan problemləri ətraflı şəkildə müzakirə olunub.

Millət vəkili Qənirə Paşayeva İctimai Birliyin məqsədlərindən olan eşitmə və danışma imkanları məhdud olan şəxslərin maariflənməsi, işarət dilinin təbliği, bölgələrdə yaşayan eşitmə məhdudiyyətli şəxslərin təhsilə cəlb olunması və idmanın inkişafı sahəsində dövlət tərəfindən görülən tədbirləri təbliğ etməklərinin təqdirəlayiq olduğunu bildirərək, bu sahədə görülən tədbirləri dəstəklədiyini və bu sahədə yaranan problemlərin həllində hər zaman İctimai Birliyə dəstək olacağını bildirib.

Eşitmə və danışma imkanları məhdud insanlarımızın cəmiyyətə inteqrasiyası istiqamətində işlər görülməsinin vacibliyini vurğulayan Qənirə Paşayeva ictimai birliyin sədri Aidə Səfərovaya, onun eşitmə imkanları məhdud qardaşı Mahmud Səfərova gələcək işlərində uğurlar arzulayıb.

Tarix
2020.08.07 / 21:47
Müəllif
Axar.az
Digər xəbərlər

TBMM-də çıxış: Əliyevi hədəf alanlar... – Video

Ərdoğanın İlham Əliyevi şəxsən dəvət etməsi... - Deputat

Vaqif Sadıqov etimadnaməsini Gi Parmelinə təqdim etdi

Azərbaycan və Norveç siyasi məsləhətləşmələr apardı

Netanyahu 5 gündən sonra gedir? – Ekspert

Türkiyə ilə sərhədin açılması üçün... - Paşinyan

Paşinyan fikrini dəyişdi - Sülh sazişi ilə bağlı tarix...

Paşinyan onu Azərbaycana qaytaracaqlarını açıqladı

Rumıniyada qalmaqal: Azərbaycanın adı niyə çəkilir?

İrəvan üçün Moskva yox, Bakı ilə münasibətlər... - Mehrabyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla