Yuxarı

Sabunçuda ağacları zədələyən şəxs cərimələndi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sabunçuda ağacları zədələyən şəxs cərimələndi

Sabunçu rayonunun, Zabrat-1 qəsəbəsi, Nərimanov küçəsi, 22A ünvanında ağacların zədələnməsi ilə bağlı daxil olan şikayəti Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları araşdırıblar.

Axar.az xəbər verir ki, xidmətin rəis müavini Ramal Bağırov araşdırma zamanı həmin ünvanda fərdi yaşayış evinin tikintisi məqsədilə qəsəbə sakini Məmməd Ramazanov tərəfindən qanunsuz olaraq 3 şam ağacının gövdəsinin üst hissəsindən budandığının üzə çıxdığını bildirib. Faktla bağlı təqsirkar barəsində akt və protokol tərtib edilib və o, 600 manat məbləğində cərimələnib.

R.Bağırovun sözlərinə görə, hazırda ağaclar bioloji inkişafdadır, bundan sonra da ağaclara qulluq olunması və zədələnməsi hallarına yol verilməməsi üçün M.Ramazanova məcburi göstəriş verilib.

Tarix
2020.08.10 / 18:08
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğan Bakıya gəlir: Pərdəarxası məqamlar...

Şövkət Mirziyayev İlham Əliyevi təbrik etdi

BTQ-nin gənclər platformasına 40 ölkə qoşuldu

Türk əsgəri İran tərəfdən açılan atəşlə şəhid olub?

Ərdoğanın Bakıya qəfil səfər qərarının səbəbi - General

İran Ermənistana xəbərdarlıq etdi: "Qırmızı xətt"...

Hacıyevin İrəvana səfəri: hansı təcili zərurət vardı?

İtaliya XİN rəhbəri Azərbaycana gəlir

İlham Əliyev braziliyalı həmkarını təbrik etdi

Azərbaycan haqda sözlərinizin nəticəsini anlayırsınız?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla