Yuxarı

Bakıda dəhşət: 2 yaşlı oğlunu öldürmək istədi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda dəhşət: 2 yaşlı oğlunu öldürmək istədi

Avqustun 5-də saat 14 radələrində Səbail rayonu ərazisində Emil Kazıyevin 2018-ci il təvəllüdlü oğlu Ömər Şabanova bıçaq xəsarətini yetirməsi, daha sonra özünün də bədənin müxtəlif nahiyyələrinə xəsarətlər yetirməsi barədə Səbail rayon Polis İdarəsinə məlumat daxil olub.

Baş Prokurorluqdan Axar.az-a verilən məlumata görə, həmin məlumat əsasında prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilməklə, zəruri prosessual hərəkətlər keçirilmiş və fakta görə Səbail RPİ-də Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.

Aparılmış istintaq zamanı Emil Kazıyevin bıçaqla boğaz nahiyyəsini kəsərək köməksiz vəziyyətdə olan azyaşlı oğlu Ömər Şabanovu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edildiyindən, 10.08.2020-ci il tarixdə iş üzrə əməl Cinayət Məcəlləsinin 29, 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürməyə cəhd) maddəsinə tövsif edilməklə cinayət işi Səbail rayon prokurorluğu tərəfindən icraata qəbul edilib.

Rayon prokurorluğunun müstəntiqi tərəfindən Emil Kazıyevin barəsində “ittiham elan edilməsi üçün tutulması” haqqında qərar qəbul edilib, lakin sonuncunun xəstəxananın reanimasiya şöbəsində stasionar müalicə almasını nəzərə alaraq, hazırda təqsirləndirilən şəxs qismində cəlb olunması mümkün olmayıb.

Qeyd edilməlidir ki, hazırda Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən azyaşlı Ömər Şabanovun şəxsiyyət kimi formalaşmasına, habelə onun mənəvi ikişafına, fiziki və psixi sağlamlığına təsir edən amillər, ümumilikdə maddi-məişət şəraiti hərtərəfli yoxlanılır və araşdırmanın nəticəsindən asılı olaraq Ömər Şabanovun gələcək həyat şəraiti, qulluq və qayğı vəziyyəti ilə bağlı qanuni tədbirlərin görülməsi təmin ediləcəkdir.

Tarix
2020.08.11 / 15:09
Müəllif
Axar.az
Digər xəbərlər

Səfirliyimizin yaxınlığına hücum: Hadisə yerindən - Foto

Raket qalıqlarının səfirliyimizin binasına düşməsinin təfərrüatı

Rusiya Azərbaycanın notasına cavab verdi

Əliyevdən Zelenskiyə: Bu cür hücumlar qəbuledilməzdir!

Səfirliyə hücum: Zelenski İlham Əliyevə zəng etdi

Azərbaycan Rusiyaya nota verdi

İran və Azərbaycan arasında aviareyslərin sayı artırılacaq

Bakı və İrəvan doğru siyasət yürüdür - Papuaşvili

Rusiya vurdu, səfirliyimizə ciddi ziyan dəydi - Video

Bakı məlumat verdi, türk polisi əməliyyat keçirdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla