Yuxarı

Dərslər hansı formada keçiriləcək? - Açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dərslər hansı formada keçiriləcək? - Açıqlama

Dərslərin nə vaxt başlayacağı ilə bağlı müxtəlif ssenarilər üzrə hazırda müzakirələr aparılır. Təbii ki, bizim həmkar qurumlarla məsləhətləşmələr olduqdan sonra bu tarix bəyan ediləcək. Bu məsələdə qərarın verilməsi təkcə bir qurumdan asılı deyil. Bu, ölkədə sanitar epidemioloji situasiya və şəraitin dəyərləndirilməsindən asılı olacaq.

Axar.az xəbər verir ki, bunu Bakı.vs-ə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib.

Onun sözlərinə görə, artıq bir müddətdir ki, dəyərləndirmələr aparılır və bir neçə ssenari üzrə işlər gedir:

"Həm ənənəvi məktəb, həm onlayn dərslər, həm də hibrid forma üzərində işlər gedir. Amma bunların dəyərləndirilməsi və yekun qərarın verilməsi ilə bağlı həmkar qurumlarla müzakirələr aparılır.

Müzakirələr məntiqi sona çatdıqdan sonra dərslərin nə zaman və hansı formada keçirilməsi ilə bağlı qərar açıqlanacaq".

Qeyd edək ki, buna qədər Təhsil Nazirliyi dərslərin bu ilin sentyabr ayında başlamasının nəzərdə tutulduğunu açıqlamışdı.

Tarix
2020.08.11 / 17:55
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycana qarşı kampaniya... - AKP-çi yazdı

Azərbaycanla bir millətik, amma bir dövlət deyilik! - Kılıç

Paşinyan Musayevə görə onu işdən qovdu

Estoniya XİN başçısı Azərbaycana gəlir

Məktəblərdə hicabı qadağan edən türk ölkələri - Siyahı

Əliyevin büstünə görə erməni məhkəməyə çıxarılır

Prezident xanım səfiri qəbul etdi - Foto

Prezidentlə görüşdə Azərbaycan dilində danışdı - Foto

İsraildə bayraqlar yarıya endirildi - Foto

Bu Zəfər milli iradənin təntənəsi idi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla