Yuxarı

Modemləri bu yolla qoruyun - Osman Gündüz

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Modemləri bu yolla qoruyun - Osman Gündüz

Son vaxtlar modemlərə kənar müdaxilələr edilir və Vayfay şəbəkəsinin ya adları dəyişdirilir, ya da şifrələri. Maraqlıdır, bu hallarla qarşılaşmamaq üçün modem və routerlərdə hansı əməliyyatı icra etməliyik?

Məsələ ilə bağlı Axar.az-a açıqlama verən Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz bildirib ki, modemlər və routerlərin konfiqurasiyasında bir sıra əməliyyatları icra etməklə onu təhlükəsiz edə bilərik.

“Modemlərə hücumların bir qədər artmasının səbəbi onların təhlükəsizlik qaydalarına düzgün riayət edilməməsi ilə bağlıdır. Təhlükəsizlik təmin olunmadığı üçün ona müdaxilələr çoxalıb. Düşünürəm ki, bunun qarşısını almaq olar. Bizdə bir çox istifadəçi bu aparatların təhlükəsizliyinə çox diqqət etmir. Əslində modem və routerlərin təhlükəsizliyi evdəki internetlə çalışan bütün cihazların - telefonların, kompüterlərin və digər məişət əşyalarının təhlükəsizliyi deməkdir. Adətən bəzi aparatlarda güvənli qorunma olmadığı üçün, yəni zavoddan çıxan modemin üzərində nə varsa, elə də saxlanılıb istifadə edildiyi üçün asanlıqla müdaxilə edilir. Modemin təhlükəsizliyini təmin etmək üçün imkanlar çoxdur. Bunun üçün modemin konfiqurasiyasına daxil olub, orada dəyişikliklər etmək lazımdır. Yəni güvənli şifrədən istifadə etmək, yenilənmələr aparmaq, uzaqdan idarə etmək imkanlarını söndürmək və s. prosesləri icra etmək vacibdir. Bundan başqa, modemə kimlərin daxil olmasını, hazırda onlardan neçəsinin aktiv istifadəçi olmasını müəyyənləşdirən proqramlar var ki, bununla da kənar müdaxilənin olub-olmamasını yoxlamaq mümkün olur”, - ekspert deyib.

Tarix
2020.08.15 / 08:15
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

Əl-Əqsa və Göy Məscid: İranın siyasətinin əsl mahiyyəti

İlham Əliyev Türkiyə səfərindən video paylaşdı

İlham Əliyevin Türkiyəyə səfəri başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla