Yuxarı

AYB-də saxta diplom satışı - Baş prokurora müraciət edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
AYB-də saxta diplom satışı - Baş prokurora müraciət edildi

Azərbaycan Yazıçılar Birliyinin (AYB) Güney Azərbaycan şöbəsinin sədri Saman Həsənzadənin (özünü Sayman Aruz kimi təqdim edir – red.) saxta diplom satışı ilə məşğul olması və əsasən güneyli yazarları, mədəniyyət-incəsənət adamlarını müxtəlif ədəbi təşkilatlara üzv edərək onlardan vəsait alması ilə bağlı Azərbaycan Respublikasının Baş prokuroru cənab Kamran Əliyevə saytımız adından rəsmi müraciət edilib.

Axar.az xəbər verir ki, müraciətdə Saman Həsənzadənin Güney Azərbaycandan olan yazarları, mədəniyyət-incəsənət adamlarını müxtəlif adlar altında fəaliyyət göstərən ədəbi təşkilarlara üzv edərək onlardan illik 70-80 AZN məbləğində vəsait alması, həmçinin Azərbaycan Yazıçılar Birliyinin adından saxta “Fəxri fərman” satması ilə Cinayət Məcəlləsinin 310-cu maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsinə şübhələr yaratdığından, məsələnin araşdırılması xahiş olunub.

Məsələ ilə bağlı fakt kimi foto və səs yazısı da Baş Prokurorluğa təqdim edilib.

Tarix
2020.09.01 / 15:53
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan XİN BƏƏ-yə başsağlığı verdi

Azərbaycan-AB münasibətlərində yeni mərhələ...

Transsərhəd çaylarla bağlı xəbərlərə irad

Bakı Dublində qəbul edilən üç mühüm sənədə qoşulmadı

Putinin buna razılıq verəcəyini gözləyirik - Merz

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Endi Börnhemlə görüşdü

Azərbaycanda bu institutun adı dəyişdirildi - Video

Əliyev Nauseda ilə regional sülhü müzakirə etdi

Leyla Əliyeva mühüm müzakirələrdə iştirak etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla