Yuxarı

Ölkənin ağzını bağlayıb, evi yardılar - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ölkənin ağzını bağlayıb, evi yardılar - Video

Goranboyda evə basqın olub. Region TV xəbər verir ki, hadisə rayonun Nadirkənd kəndində Oktay Məmmədova məxsus evdə qeydə alınıb.

Evə daxil olan iki nəfər maskalı şəxs qoca ər-arvadın əl-qolunu və ağzını bağlayıb, bıçaqla hədələyərək onlara xəsarətlər yetiriblər. İşgəncəyə dözməyən ev sahibləri sonda pulun yerini onlara demək məcburiyyətində qalıblar. Ev sahiblərinin əl-qolunu bağladıqdan sonra onlara zorakılıq göstərən şəxslər otağa girərək əşyaların altını üstünə çevirib və şkafdan 1400 manat götürərək hadisə yerini tərk ediblər.

Quldurlar pulla yanaşı O.Məmmədovanın xanımı Ölkə Məmmədovaya məxsus qızıl üzük, sırğa və mobil telefon da götürüblər.

"Ağzımı, ayağımı, əlimi yapışqan lentlə bağladılar, sonra da yıxıb təpik vurdular. Sonra başladılar kişini döyməyə, onun da əl-qolunu bağladıqdan sonra bir neçə yerinə bıçaq zərbələri vurdular. Mən də dedim ki, bizi öldürməyin, pulun yerini deyək, gedin götürün, bizdən əl çəkin", - Ölkə Məmmədova deyib.

Pulları götürdükdən sonra ev sahiblərinə "sağ ol" deməyi unutmayan şəxslər elə gəldikləri kimi evi tərk ediblər.

Məlum hadisədən qonşular bir neçə saatdan sonra xəbər tutublar.

"Bıçaqla bütün döşəkləri çırdılar, axtarış apardılar evdə. Sonra biri dedi ki, pulları tapdım, gedək. Bizə dedilər ki, sağ olun, bizə pul yaman lazım idi. Mən də dedim, aparın, Allah xeyir versin", - deyə O.Məmmədov bildirib.

Tarix
2015.04.18 / 00:55
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

Yılmaz səfirimizlə görüşdü, sülhü müzakirə etdi

Dövlət büdcəsinin təsnifatı yeni qaydada tətbiq olunacaq

Ermənilər Azərbaycan ərazisində qanunsuz tikintiyə hazırlaşır

40 günlük hədəf: Rusiya “darmadağın” olacaq?

Zakir Həsənov Asim Munirə başsağlığı verdi

Ukraynanın kütləvi hücumunun “2 səbəbi”...

Ukrayna da Azərbaycanı təbrik etdi

Azərbaycan Pakistana başsağlığı verdi

Türkiyə də Azərbaycanı təbrik etdi

Rusiya sülhməramlıları Qarabağdan buna görə çıxardı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla