Yuxarı

Karantinin ən ciddi bəlası: nə etməli? - Psixoloq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Karantinin ən ciddi bəlası: nə etməli? - Psixoloq

Alimlər koronavirusla əlaqədar tətbiq edilən karantin rejiminin, eləcə də tənhalıq, sağlamlıqla bağlı narahatlıq, stress kimi halların insan psixologiyasına mənfi təsir edəcəyini bildiriblər. Xüsusən son vaxtlar pandemiya səbəbilə insanlarda psixoloji pozğunluq, intihara meyilliliyin artdığı qeyd edilib.

Məsələ ilə bağlı Axar.az-a danışan psixoloq Adil Xəlilov intihara meyilliyin dərin depressiyadan yarandığını bildirib.

O, depressiyanın əlamətlərini sadalayaraq, bundan qurtulmağın yolunu da açıqlayıb:

“Ruh düşkünlüyü, həvəssizlik, kədər hissi, yuxu və iştah pozuntusu və hətta cinsi həyata heç bir marağın olmaması depressiyanın əlamətlərindən biridir. Karantin rejimi insanlar üçün gözlənilməz oldu. İnsan psixikasının çox elastik olduğunu nəzərə alsaq, çoxu karantin rejiminə problemsiz adaptasiya olundu. Çünki onlar üçün bir neçə ay ərzində komfortlu evdə qalmaq problem olmadı. Lakin bəzi insanların ev şəraiti ailə üzvləri ilə birlikdə, heç yerə getmədən 1 həftədən çox vaxt keçirməsinə imkan vermədi. Üstəlik maddi sıxıntılar və ailədə bitməyən münaqişələr... Beləliklə, son yarım il ərzində çoxsaylı insan dərin depressiv hallara düşüb. Bu depressiv hallardan çıxa bilməyənlər çıxış yolunu intiharda görürlər. Çünki söykənməyə bir divar yoxdur. Nə yaxınları düzgün motivasiya verə bilirlər, nə psixoloqa müraciət etmək üçün imkanları var. Ən pisi də odur ki, maddiyyat izn versə belə, bizim vətəndaşların çoxu psixoloq xidmətləri barəsində ya heç nə bilmirlər, ya da yanlış düşüncədədirlər. Onlar psixoloqun yanına yalnız “dəlilər”in getdiyini düşünürlər. Bəs sənin intihar cəhdlərin normaldır? Bir sözlə, intiharlar ona görə baş verir ki, insanlara psixoloqların nə üçün mövcud olduğunu və psixoloji yardım almağın heç də ayıb olmadığını düzgün şəkildə izah etmirlər. Əksinə, uğur qazananların əksəriyyəti vaxtı-vaxtında psixoloqlarla işləyirlər”.

Psixoloq karantin dövründə klaustrofobiyadan (qapalı sahə qorxusu) və digər problemlərdən əziyyət çəkənlərin sayının az olmadığını da qeyd edib:

“Karantin qapalı məkanlarda qalmaq qorxusu olan insanlara da öz təsirini göstərib. Karantin dönəmində həmçinin mikrob və virus qorxusu (fobiya dərəcəsində), ünsiyyət problemləri, ailə problemləri, karyera, iş, pul və bu kimi başqa problemlər də yaranıb. Bu durumda psixoloq və psixoterapevtlərin üzərlərinə böyük məsuliyyət düşür”.

Tarix
2020.09.07 / 08:00
Müəllif
Xədicə Nəbiyeva
Digər xəbərlər

Pakistan MMU-nun nümayəndə heyəti HDQ-ni ziyarət etdi

Əli Əsədov Numan Qurtulmuşla görüşdü

ADY Çində Azərbaycanın bu imkanlarını təqdim edir - Foto

Bu xəstəxananın direktoru işdən çıxarıldı

İraq lideri İlham Əliyevə məktub ünvanladı

İlham Əliyev Qalibafa Bakının bəyanatını xatırlatdı

Fransanın bu cavablarını qətiyyətlə rədd edirik - XİN

İlham Əliyev Qalibafı qəbul etdi

Ceyhun Bayramov Polşaya getdi

Prezident Numan Qurtulmuşu qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla