Yuxarı

Bakı yol polisindən xəbərdarlıq - SOS

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı yol polisindən xəbərdarlıq - SOS

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi paytaxtda dumanlı hava şəraitinin hökm sürməsi ilə bağlı sürücülərə xəbərdarlıq edir.

Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov Trend-ə bildirib ki, sürücülər paytaxtda dumanlı hava şəraitinin müşahidə olunmasını nəzərə almalı, sürət həddinə, yol və meteoroloji şəraitə lazımınca diqqət yetirməlidirlər.

V.Əsədov bildirib ki, belə hava şəraitində görmə imkanları məhdudlaşır. Hazırda paytaxtın bəzi ərazisində uzağı görmə məsafəsi cəmi 20-30 metr təşkil edir. Ona görə də onlara gün ərzində yaxın vuran işıqlardan istifadə etmələri, aşağı sürət həddini seçmələri tövsiyə olunur.

Qeyd edək ki, son iki gündə Bakıda dumanlı hava şəraiti hökm sürür. Hazırda da paytaxt Bakıda hava dumanlıdır. Sinoptiklər sabah da günün müxtəlif saatlarında havanın dumanlı olacağını proqnozlaşdırır.

Tarix
2015.04.18 / 20:52
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

Bakı və Sofiya siyasi məsləhətləşmələr keçirdi

Qazax nazir Ermənistanda: TRIPP müzakirə edildi

Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Azərbaycan daha bir Konvensiyaya qoşulur

Elçin Əmirbəyov Litvanın XİN başçısı ilə görüşdü

Fələstin səfirliyi dəstəyə görə Azərbaycana təşəkkür etdi

Onlar antivətən xislətlərini yenə də büruzə verdilər...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla