Yuxarı

Taksi xidmətləri niyə bahalaşdı? - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Taksi xidmətləri niyə bahalaşdı? - Video

11:09

Artıq iki gündür ki, paytaxtda taksi qiymətləri bahalaşıb.

Axar.az xəbər verir ki, məsafədən asılı olaraq, bütün taksi xidmətlərində 30-60 qəpik arasında, təxminən 10% miqdarında bahalaşma qeydə alınıb.

Bahalaşmanın səbəbi ilə bağlı taksi şirkətlərindən biri - “Salam Taksi”dən (*9933) saytımıza bildirilib ki, qiymət artımı Bakı Nəqliyyat Agentliyinin (BNA) göstərişi ilə həyata keçirilib.

“Bakı Nəqliyyat Agentliyi bütün taksi şirkətlərinin qiymətlərini qaldırmaqla bağlı göstəriş verib”, - deyə bildirilib.

BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev saytımıza açıqlamasında bildirib ki, Bakı Nəqliyyat Agentliyi tərəfindən taksi fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxsə qiymətlərlə bağlı hər hansı bir göstəriş verilməyib:

“Bu barədə yayılan məlumat yalandır və həqiqəti əks etdirmir. Ümumiyyətlə, qiymət tənzimlənməsi ilə bağlı məsələ Bakı Nəqliyyat Agentliyinin səlahiyyətlərinə aid deyil”.

***

“Salam Taksi” şirkətinin direktoru Anar Ağayev redaksiya ilə əlaqə saxlayaraq, məlumatı verən şirkət əməkdaşının avqustun 1-dən işdən ayrıldığını bildirib:

“Onun dediyi sözlər həqiqəti əks etdirmir. Günün pik saatlarından asılı olaraq qiymətlər dəyişə bilər. Bununla bağlı BNA-dan heç bir göstəriş almamışıq”.

Tarix
2020.09.09 / 15:06
Müəllif
Fatimə Zülfüqar
Digər xəbərlər

Nazir dünya iqtisadi liderlərinin qeyri-rəsmi naharında

Bu ölkədə Azərbaycana qarşı təxribatın qarşısı alındı

İran Xəzər dənizi ilə bağlı plan hazırlayır

Yılmaz səfirimizlə görüşdü, sülhü müzakirə etdi

Dövlət büdcəsinin təsnifatı yeni qaydada tətbiq olunacaq

Ermənilər Azərbaycan ərazisində qanunsuz tikintiyə hazırlaşır

40 günlük hədəf: Rusiya “darmadağın” olacaq?

Zakir Həsənov Asim Munirə başsağlığı verdi

Ukraynanın kütləvi hücumunun “2 səbəbi”...

Ukrayna da Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla