Yuxarı

Başçının töhmət aldığı tikinti necə olacaq?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Başçının töhmət aldığı tikinti necə olacaq?

Yasamal rayon icra başçısının töhmət almasına səbəb olan tikinti ilə bağlı sənədləşmə aparılır.

Axar.az-ın əldə etdiyi xəbərə görə, İbrahim Mehdiyevə verilən töhmətdən sonra "Lake Residence" MMC tikinti işlərini həyata keçirmək üçün icazə sənədi almağa çalışır. Sənədləşmə işləri müsbət həllini tapdıqdan sonra qurudulmuş gölün yerində abadlıq işləri görüləcək, park salınacaq, sakinlərin istirahəti üçün şərait yaradılacaq. Bu məsələlər artıq razılaşdırılıb.

Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən aparılan araşdırma zamanı "Lake Residence" MMC tərəfindən tikinti işlərinin aparılması üçün müvafiq icazə sənədi alınmadığı müəyyən edilib. Yasamal rayonu, 593-cü məhəllə, General Akim Abbasov küçəsi, 25 saylı ünvanda qanunsuz olaraq tikinti işlərinin aparılmasına başlanılmışdı və həmin ərazidə mövcud olan gölün bir hissəsinin tikinti qırıntıları ilə doldurulması həyata keçirilmişdi.

Bununla əlaqədar MMC rəhbərliyinə xəbərdarlıq edilmiş, orada aparılan qanunsuz tikinti işlərinin ləğv edilməsi, gölün doldurulmuş hissəsinin təmizlənməsi və ətrafda əhalinin istirahətinin mənalı təşkili üçün ərazidə yüksək səviyyədə abadlaşdırma işlərinin öz vəsaiti hesabına həyata keçirilməsi tapşırılmışdı.

Tikintiyə müvafiq icazə sənədi olmadan aparılan tikinti işlərinin qarşısının vaxtında alınmaması və bu istiqamətdə işlərin yüksək səviyyədə həyata keçirilməsində nöqsanlara yol verdiyinə görə Yasamal icra başçısına da Bakı meri Hacıbala Abutalıbov tərəfindən töhmət verilmişdi.

Tarix
2015.04.20 / 14:07
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

Bu mövzuda yazılan xəbər ikiqat məsuliyyət tələb edir

Tranzit daşımaları üçün zəruri olan iki mühüm şərt...

Əli Əsədov Fələstinin baş naziri ilə görüşdü

Dənizçiləri müharibə zonalarından uzaq durmağa çağırırıq!

Paşinyan Zəngəzurda gəzir: Bəlkə, XDQ “təlimə” başlasın?

Prezident Peter Zakseni qəbul etdi

İlham Əliyev Fələstinin baş nazirini qəbul etdi

Tramp Əliyevin sözlərini “Truth Social”da paylaşdı

Ceyhun Bayramov Rusiyaya getdi

Gəmi kapitanının axtarışı davam etdirilir - XİN

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla