Yuxarı

Xəstəxananın baş tibb bacısı üsyan etdi: Pulla işə girənlər...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xəstəxananın baş tibb bacısı üsyan etdi: Pulla işə girənlər...

5 saylı Şəhər Klinik Xəstəxananın Uşaq Yanıq Şöbəsinin böyük tibb bacısı vəzifədən çıxarılıb.

Axar.az xəbər verir ki, bu barədə şikayətçi Hümbətova Xatirə Abdulla qızı özü məlumat verib. Böyük tibb bacısı bu məsələdə bir başa xəstəxananın Baş həkimi Fazil Alməmmədovu ittiham edib:

"5 saylı Şəhər Klinik Xəstəxanada özbaşınalıq davam edir. Mən Uşaq Yanıq Şöbəsinin böyük tibb bacısıyam. Baş həkim Fazil Alməmmədov məni heç bir əsas olmadan vəzifəmdən azad edib. Hər şey şər-böhtan üzərindən başlayıb. Şöbəmin əməkdaşı ilə bağlı kadrlar şöbəsində çalışan Esmira xanıma narazılıq etdim. Həmin vaxt Baş həkimin Elvira adlı yaxın qohumu söhbətə kənardan kobud şəkildə müdaxilə etdi. Bundan sonra Baş həkim mənimlə bağlı ona şikayətlərin olduğunu və işi bacarmadığımı və vəzifəmdən uzaqlaşdırıldığımı bildirdi. Gah məndən tələb edirlər ki, işçilər işi bacarmadıqları halda raport yazım, gah da yazdığım raportları nəzərə almırlar. Konkret şəkildə özlərinin işə götürdükləri işçiləri əzizləyirlər”.

Xatirə Hümbətova deyir ki, əlində iynə, şpris tutmağı bacarmayan işçiyə xəstə verməyimi tələb edirlər:

"Onların müdafiə etdikləri konkret şəkildə özlərinin işə götürdükləridir. Köməkçim kimi çalışan Əliyeva Könül Nizami qızı isə deyir ki, "Esmira xanıma 1200 azn pul verib işə girmişəm, heç kim mənə heç nə deyə bilməz”. Bunlar hələ mənim dediyim cüzi şeylərdir”.

5 saylı Şəhər Klinik Xəstəxanadan isə bildiriblər ki, Xatirə Hümbətova həqiqətən böyük tibb bacısı vəzifəsindən çıxarılıb:

"Amma o, tibb bacısı kimi xəstəxanada işləyir”.

Tarix
2020.09.14 / 22:28
Müəllif
Axar.az
Digər xəbərlər

XİN-dən mina partlayışları ilə bağlı paylaşım

Xəzərlə bağlı həyəcan təbili: Suyun səviyyəsi...

Prezidentin Zəngəzur dəhlizi ilə bağlı bu ifadəsi... - Şərh

Ermənistana 20 vaqon buğda göndərildi

Azərbaycanlı mütəxəssislər iki dəfə Ermənistana səfər ediblər

Prezident Almaniyanın yeni səfirini qəbul etdi

Naxçıvan enerji üzrə regional mərkəzə çevrilir

Bakı və Kiyev daha da yaxınlaşır: Görünməmiş bir fəlakət...

Azərbaycanda kibertəhlükəsizliklə bağlı mərhələ başlayır

Bakıya uçan təyyarə təcili eniş etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla