Yuxarı

"Azərişıq" mərmilərin zədələdiyi xətləri bərpa edir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Azərişıq" mərmilərin zədələdiyi xətləri bərpa edir

Azərişıq ASC Tovuz rayonunun Ağdam kəndində elektrik enerjisi təchizatını daha dayanıqlı və keyfiyyətli etmək üçün yenidənqurma işlərinə başlayıb.

ASC-nin mətbuat xidmətindən Axar.az-a bildirilib ki, qurumun ərazidəki əməkdaşları 24 saat fasiləsiz çalışaraq Ağdam kəndində mərmilərin zədələdiyi bütün xətləri bərpa etməklə sakinləri işıqsız qalmağa qoymayıb.

Prezident İlham Əliyevin birbaşa tapşırığı ilə ASC rəhbərliyi tərəfindən Ağdam kəndində yenidənqurma işlərinə başlamaqla düşmənlə üz-üzə dayanan kənd sakinlərinə və səngərdə əli tətikdə olan hərbçilərlə həmrəylik nümayiş etdirilib, onlara dövlətin dəstəyi göstərilib.

Xatırladaq ki, erməni silahlı qüvvələrinin bu il iyulun 12-də təxribat törədərək Ağdam kəndini atəşə məruz qoyması nəticəsində yaşayış evləri ilə yanaşı elektrik enerjisi xətlərinə də ciddi zərər dəymişdi.

Qeyd edək ki, Azərişıq ASC-nin rəhbərliyi tez-tez cəbhə xətti boyunca yerləşən kənd və yaşayış məntəqələrinə səfər edir, yerlərdə görülən işlərə şəxsən nəzarət edir. Əsas məqsəd xüsusilə həssas bölgələrdə yaşayan abonentlərimizə hər zaman dəstək olmaqdır.

Tarix
2020.09.15 / 18:32
Müəllif
Axar.az
Digər xəbərlər

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

Vensdən etiraf: İrana görə uduzduq...

Prezidentin təltif etdiyi Kamran İmanov: 80 yaşlı sədr

Azərbaycanın Zəfər Günü Türkiyədə qeyd olundu - Foto

Azərbaycan bu ölkə ilə əməkdaşlığı genişləndirir

Prezidentə təbriklər davam edir

“Şanlı zəfərin Böyük Qayıdış mərhələsi” tədbiri keçirildi

Estoniya xarici işlər naziri Bakıya gəlir

İlham Əliyev sərgidən video paylaşdı

İran Xəzər adından niyə hürkür? - Tarixçi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla