Yuxarı

Sulutəpədəki nəhəng yol qovşağı nə vaxt istifadəyə verilir?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sulutəpədəki nəhəng yol qovşağı nə vaxt istifadəyə verilir?

Bakının şimal istiqamətindən paytaxta giriş-çıxışda tıxacların qarşısını almaq məqsədilə tədbirlər davam etdirilir.

Axar.az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Trend-ə bildirilib ki, bu məqsədlə paytaxtın Binəqədi rayonu, Sulutəpə dairəsində tıxac və ləngimələri aradan qaldırmaqla vətəndaşların rahat hərəkətinin təmin olunması üçün yol qovşağının inşası davam etdirilir: "Qovşaq 2 yol ötürücüsündən ibarətdir. Yol ötürücüləri Biləcəri, Binəqədi, həmçinin Şamaxı və qeyd edilən istiqamətdə yerləşən qəsəbələrdən hərəkət edə avtonəqliyyat vasitələrinin dairədəsıxlıq və tıxac yaratmadan paytaxt istiqamətinə rahat və maneəsiz hərəkətini təmin edəcək. Bununla da sözügedən dairədə xüsusən günün pik saatlarında müşahidə olunan tıxac və ləngimələr tam aradan qaldırılmış olacaq.

Yol ötürücüləri 3 və 4 aşırımlı olmaqla uzunluqları 69 və 128 metr, eni isə 9 metr təşkil edəcək. Hazırda körpülərin dayaqlarının inşası aparılır. Növbəti mərhələdə aşırım hissələrinin inşasına başlanılacaq. Layihə əsasında dairə ətrafında olan 2350 metr uzunluğa malik yolların təmiri, piyada səkilərinin yaradılması, 600 metrdən çox istinad divarlarının inşası nəzərdə tutulur".

Məlumatda qeyd edilir ki, yol qovşağının tikintisi bu ilin sonuna qədər başa çatdırılaraq sürücülərin istifadəsinə veriləcək.

Tarix
2020.09.16 / 13:40
Müəllif
Axar.az
Digər xəbərlər

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

Pilotun aşkar edilməsi tapşırıqları icra olundu

Ermənistan Azərbaycanla enerji əməkdaşlığını nəzərdən keçirir

Bakıda hakimiyyəti zorla dəyişmək istəyən Cəlal kimdir?

Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi

Ceyhun Bayramov AQEM-in baş katibi ilə görüşdü

Azərbaycanla bağlı çağırış edən türk jurnalist axtarışa verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla