Yuxarı

Neft Şirkətində işləyərkən onunla hər gün görüşürdük

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Neft Şirkətində işləyərkən onunla hər gün görüşürdük

Neftçilərimizin əməyi Azərbaycan xalqının maraqlarına xidmət edir və bu, onlar üçün də çox önəmlidir. Çünki onlar bilirlər ki, ölkəmizin həm siyasi, həm iqtisadi nailiyyətləri böyük dərəcədə neft-qaz amilinə söykənir.

Axar.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev sentyabrın 19-da Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimindən sonra Azərbaycan telekanallarına müsahibəsində deyib.

Neftçilərin əməyini yüksək qiymətləndirən dövlətimizin başçısı Dövlət Neft Şirkətində işlədiyi illəri xatırladaraq deyib ki, o zaman əldə etdiyi təcrübə onun üçün çox qiymətlidir.

Görkəmli neftçilərimizlə, o cümlədən əfsanəvi neftçi Qurban Abbasovla bir yerdə işlədiyini söyləyən Prezident İlham Əliyev onu çox prinsipial mövqeyi olan, çox bilikli, peşəkar və cəsarətli mütəxəssis kimi xarakterizə edib. Vurğulayıb ki, bu nəhəng kran gəmisi onun adını daşıyır.

Akademik Xoşbəxt Yusifzadənin də xidmətlərini qeyd edən dövlətimizin başçısı deyib ki, Dövlət Neft Şirkətində işləyərkən onunla hər gün görüşürdük və bu gün də görüşürük.

Tarix
2020.09.19 / 14:23
Müəllif
Axar.az
Digər xəbərlər

Transsərhəd çaylarla bağlı xəbərlərə irad

Bakı Dublində qəbul edilən üç mühüm sənədə qoşulmadı

Putinin buna razılıq verəcəyini gözləyirik - Merz

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Endi Börnhemlə görüşdü

Azərbaycanda bu institutun adı dəyişdirildi - Video

Əliyev Nauseda ilə regional sülhü müzakirə etdi

Leyla Əliyeva mühüm müzakirələrdə iştirak etdi

İlham Əliyev Antonio Koşta ilə görüşdü

İlham Əliyev rumıniyalı həmkarı ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla