Yuxarı

İnternet problemi: Dərslər necə keçiriləcək? - Rəsmi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gündən başlayaraq təcavüzkar Ermənistanın silahlı qüvvələri Azərbaycana qarşı növbəti hərbi təxribata başlayıb və xüsusilə də mülki əhalinin sıx yaşadığı əraziləri ağır silahlardan atəşə tutub. Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi və sosial obyektləri atəşə tutması nəticəsində mülki əhali arasında itkilərimiz olub, çoxsaylı evlərə və mülki obyektlərə, o cümlədən cəbhə bölgəsində yerləşən təhsil müəssisələrinə ciddi ziyan dəyib. Bu, həmin ərazilərdə yerləşən təhsil müəssisələrində tədris prosesinə də öz təsirini göstərib. Belə ki, cəbhə bölgəsində yerləşən 444 məktəbdə hərbi əməliyyatlar səbəbindən həftəlik dərs cədvəllərinə dəyişiklik edilib.

Təhsil Nazirliyindən Axar.az-a verilən məlumata görə, cəbhə bölgəsində olan ümumi təhsil müəssisələri istisna olmaqla digər təhsil müəssisələrimizdə əyani formada dərslər uyğunlaşdırılmış cədvəl üzrə davam etdirilir. Distant (məsafədən) dərslərə gəldikdə isə, ölkə üzrə internetin verilməsində məhdudiyyətlərin tətbiq edilməsi səbəbindən mümkün fasilələrin olmasını anlayışla qarşılamağınızı xahiş edirik. Şagirdlərimizin hazırkı vəziyyətdə “Mədəniyyət” və “Arb Günəş” televiziya kanalları vasitəsilə yayımlanan və bütün fənləri əhatə edən teledərsləri izləməyi tövsiyə olunur.

Cəbhə bölgəsindən gələn qələbə xəbərləri münasibətilə xalqımızı təbrik edir, igid Azərbaycan əsgərinə “Zəfər sənindir!” deyirik.

Tarix
2020.09.28 / 11:20
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İrəvan və Bakı sübut edə bilər ki, sülh üçün... - "Figaro"

Əsədov Əliyevin məktubunu Ərdoğana təqdim etdi

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi

Əsədov Ankarada mühüm iclasda: sənədlər imzalandı

Rusiya-Ermənistan münasibətlərində həlledici an...

Prezidentlərin geniş tərkibdə görüşü oldu

Rusiyadan Bayramov-Mirzoyan görüşünə reaksiya

Baqrat bu “ordu” ilə Nikolu yıxmağa gedir - Video

Azərbaycan və Slovakiya strateji tərəfdaşlara çevrilir

Prezidentlər Birgə Bəyannamə imzaladılar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla