Yuxarı

Milli Məclis medallarla bağlı yeni layihəni qəbul etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Milli Məclis medallarla bağlı yeni layihəni qəbul etdi

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişiklik layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.

Axar.az xəbər verir ki, qanuna təklif edilən dəyişikliklərlə bağlı Milli Məclis Sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.

O bildirib ki, müstəqillik illərində dəmir yolları inkişaf edib: "Ölkəmizdə 7 oktyabr dəmiryolçuların peşə bayramı kimi qeyd olunur".

Komitə sədri qeyd edib ki, qanuna təklif olunan dəyişikliklə “Azərbaycan Dəmir Yollarının 140 illiyi (1880 – 2020) yubiley medalı” təsis olunacaq.

Qanuna digər bir dəyişikliklə isə “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 10 illiyi (2012 – 2022) yubiley medalı” təsis ediləcək.

Qanuna dəyişiklik layihəsi müzakirələrdən sonra I oxunuşda qəbul edilib.

Tarix
2020.09.30 / 13:05
Müəllif
Axar.az
Digər xəbərlər

Qarakənd faciəsindən 35 il ötür

Ağdamın azad olunmasından 6 il ötür

Bakı bundan bir neçə gün sonra imza atacaq... - Simonyan

Vyetnam mediası İlham Əliyevin səfərindən yazır

Tramp, Putin və Sinin razılaşdığı 4 bəndin “sirri”

Nəriman Qocatürkün ölümündən öncəki son məktubu üzə çıxdı

Prezidentin Vyetnama səfəri ilə bağlı - Videoçarx

Szinpinin hiyləgər təklifi: Putin və Tramp qəbul etməyəcək

İlham Əliyev Vyetnama getdi

Paşinyan üçün riskli ssenari: Hakimiyyətdən gedəcək...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla