Yuxarı

Bakıda JEK-lər ləğv olunur?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda JEK-lər ləğv olunur?

Mənzil fondunun idarə olunmasında yeni bir mərhələ başlanılıb.

Axar.az xəbər verir ki, bununla da Mənzil Kommunal İdarələrinin icra səlahiyyətləri azaldılacaq. Bu barədə İqtisadiyyat və Sənaye Nazirliyinin Mənzil-kommunal siyasəti şöbəsinin müdiri Nizami Qasımov ANS-ə məlumat verərkən deyib.

Nazirlik rəsmisi qeyd edib ki, artıq bununla bağlı Bakı şəhəri üzrə 7 Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti dövlət qeydiyyatına alınıb:

"Ümumi əmlaklar mülkiyyətçilərə təhvil veriləcək. Yəni binalarda olan liftlər, çardaqlar, obyektlər və s. mülk sahiblərinin balansına keçiriləcək. İlk olaraq Binəqədi rayonu İcra Hakimiyyətindən bizə müraciət edilmişdi. Müraciətə əsasən, işlərə başlanılıb və Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətləri yaradılıb. Hazırda isə lazımi proseduralara başlanılıb. Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətlərinin balansına Bakının 8 rayonu olmaqla, Sumqayıt və Xırdalan şəhərindən ümumilikdə 41 bina daxil edilib. Bu üç şəhər üzrə 20 MMC yaradılması istiqamətində işlər aparılır".

Bildirək ki, yeni MMC-lərin yaradılması ilə JEK-lərin səlahiyyətlərinin azaldılması, bir müddətdən sonra isə tamamilə ləğvi nəzərdə tutulur. Çünki son dönəmlərdə JEK-lərdən gələn şikayətlər və yaşayış binalarında nəzarətin aşağı səviyyədə olması nazirliyin bu addımı atması ilə nəticələnib.

Tarix
2015.04.29 / 17:29
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Konqresin erməni şəbəkəsi: Bakıya qarşı oyun başlayır

Bakı-Ankara münasibətləri Astananı da narahat edir

Azərbaycan şirkətlərini Ukraynaya dəvət edirik - Şmıqal

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Səfirimiz Binəli Yıldırımla görüşdü

Ərdoğan Bakıya gəlir: Pərdəarxası məqamlar...

Şövkət Mirziyayev İlham Əliyevi təbrik etdi

BTQ-nin gənclər platformasına 40 ölkə qoşuldu

Türk əsgəri İran tərəfdən açılan atəşlə şəhid olub?

Ərdoğanın Bakıya qəfil səfər qərarının səbəbi - General

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla