Yuxarı

Millət vəkilləri şəhid Denis Proninin evində - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva və komitənin üzvü, Azərbaycan Rus İcmasının sədri Mixail Zabelin şəhid Denis Proninin ailəsini ziyarət edib.

Axar.az xəbər verir ki, millət vəkili Qənirə Paşayeva Denis Pronin kimi oğulların, onun gözəl ailəsinin timsalında Azərbaycanda yaşayan Vətənə bağlı bütün etnik topluluqların, xalqların varlığını işğalçı Ermənistanın antiazərbaycan təbliğatına ən parlaq və layiqli cavab kimi dəyərləndirib. Monoetnik Ermənistandan fərqli olaraq, çoxmillətli Azərbaycanın dinc yanaşı yaşamağın ən gözəl ocağı olduğunu bildirən Q.Paşayeva dini, milli mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşlarımızı məhz Vətən amalının birləşdirdiyini vurğulayıb. O, multikulturalizm, sivilizasiyalar, dinlərarası dialoq və barışığın XXI yüzillikdəki əsas məkanlarından olan ölkəmizin bu gözəlliyə qədim tarixdən etibarən malik olduğunu deyib.

Denis Proninin Azərbaycanın müdafiəsinə qalxan yeganə rus vətəndaşımız olmadığını bildirən millət vəkili Mixail Zabelin daha öncələr də, indi də həm şəhidlər, həm qazilər sırasında rus və digər xalqlara, fərqli dinigörüşə mənsub vətəndaşlarımızın olduğunu, bundan sonra da belə olacağını vurğulayıb.

Millət vəkilləri şəhidimizin körpə qızı Alinanın artıq yalnız Pronin ailəsinə mənsub olmadığını, bütün vətənsevər azərbaycanlılara əziz yadigar və əmanət olduğunu deyib.

Şəhidin həyat yoldaşı Aynur xanım Denis Proninin daha öncələr həqiqi hərbi xidmət keçdiyini, bu ilin 15 iyulunda general Polad Həşimovun şəhid olmasını eşitdikdən sonra yenidən hərbi xidmətə getməklə bağlı qəti qərara gəldiyini deyib. “Generalın qisasını alacam!” söyləyən Denis qeydiyyat ünvanına uyğun olaraq, Bakının Nizami rayon Səfərbərlik və hərbi çağırış şöbəsinə üz tutub. Könüllü kimi döyüşməyə hazır olduğunu bildirən Denis Proninə təşəkkür edən idarə əməkdaşları, “gərək olsa, çağırarıq” deyiblər.

Nəhayət az sonra öz istəyini gerçəkləşdirən vətənpərvər Denis Pronin yenidən Azərbaycan Silahlı Qüvvələrində xidmətə başlayıb. O, oktyabrın 8-də Füzuli istiqamətindəki döyüşlərdə yaralanıb. Döyüşçü dostları onu cəbhə xəttindən çıxarsa da, həyatını xilas etmək mümkün olmayıb.

Dəfnində iştirak edən döyüş yoldaşları onu çox şən, qorxubilməz bir insan kimi xarakterizə edib. “Səngərdə deyib-gülür, lətifə danışır, “düşməni bu dəfə elə əzəcəyik, bir də bu torpaqlara tərəf baxmayacaq” deyirmiş...

Ruhu şad olsun!

Tarix
2020.10.18 / 18:51
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla