Yuxarı

İrəvan bu səfərdən təbliğat kimi istifadə edir - Almaniya portalı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İrəvan bu səfərdən təbliğat kimi istifadə edir - Almaniya portalı

Almaniyanın TAZ xəbər saytında “Millətçilər millətçilərlə görüşürlər” sərlövhəli məqalə dərc olunub.

Axar.az xəbər verir ki, məqalədə Almaniyanın “AfD” partiyasının Dağlıq Qarabağa nümayəndə heyəti göndərməsindən bəhs olunur. Bildirilir ki, “AfD” partiyası guya xristian Qərbi Dağlıq Qarabağdakı İslam istilasından qorumaq istəyir. Bu mövqe hər zaman “AfD”nin mahiyyətinin tərkib hissəsi olub. Halbuki, xristian Ermənistan ilə müsəlman Azərbaycan arasındakı müharibə dini məzmunda deyil. Belə ki, müharibənin dinlə heç bir əlaqəsi yoxdur. Məsələyə aydınlıq gətirmək üçün tarixi kitablara nəzər salmaq kifayətdir.

Müəllif diqqətə çatdırır ki, Sovet İttifaqının “mirası” olan münaqişə sərhədlər və ərazilər ilə bağlıdır. Andreas Kalbits kimi sağçı millətçilərin Dağlıq Qarabağa səfəri təəccüb doğurmur və bu, onun bölgəyə ilk səfəri deyil. Eyni zamanda, “AfD” partiyası Ermənistanın “Adekvad” qrupu ilə sıx münasibətlər saxlayır. Ermənistan hökuməti isə alman deputatların Dağlıq Qarabağa səfərindən özünün təbliğat məqsədləri üçün istifadə etməyə cəhd göstərir.

Tarix
2020.10.23 / 14:20
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Mixail Kavelaşviliyə başsağlığı verdi

İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul etdilər

İlham Əliyevin To Lam ilə geniş tərkibdə görüşü oldu

Prezidentin Hanoyda rəsmi qarşılanma mərasimi oldu

Abbaszadənin gedişi DİM-də nələri dəyişəcək?

Vüsal Nəsirli zənglərimə cavab vermir - Deputat

BDU-nun işdən çıxarılan prorektoru kimdir?

Prezidentin hesablarında Vyetnam səfəri ilə bağlı - Videoçarx

Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

Bakı dünya güclərini üstələyə bilər – Belyayev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla