Yuxarı

Bakıdan İrəvana xəbərdarlıq: Məhvetmə hüququ... - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıdan İrəvana xəbərdarlıq:

13:16

Yeni humanitar atəşkəs rejiminə riayət edən Azərbaycan bütün cəbhə boyu düşmənin törətdiyi təxribatlara təmkinlə yanaşaraq yalnız adekvat tədbirlər görür.

Axar.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidmətinin birgə bəyanatında bildirilib.

"Bundan istifadə edən Ermənistan isə cəbhənin müxtəlif istiqamətləri, xüsusilə də bərpa edilmiş dövlət sərhədləri üzrə vəziyyəti məqsədyönlü şəkildə gərginləşdirməklə növbəti təxribatlarına zəmin yaradır.

Ermənistan rəhbərliyi artıq dərk etməli və hesablaşmalıdır ki, bərpa edilmiş dövlət sərhədləri münaqişə zonası deyil və Azərbaycanın tamhüquqlu suveren ərazilərini müəyyən edən beynəlxalq birlik tərəfindən tanınan dövlət sərhədidir. Dövlət sərhədinin toxunulmazlığı təmin edilməlidir. Bu istiqamətdə baş verən istənilən təxribat ərazi bütövlüyümüzə təcavüz kimi dəyərləndirilir.

Bu baxımdan Azərbaycan öz ərazilərinə təhdid təşkil edən istənilən legitim hərbi hədəfləri yerləşdiyi ərazidən asılı olmayaraq məhvetmə hüququna malikdir", - bəyanatda vurğulanıb.

Tarix
2020.10.27 / 15:46
Müəllif
Axar.az
Digər xəbərlər

Qarakənd faciəsindən 35 il ötür

Ağdamın azad olunmasından 6 il ötür

Bakı bundan bir neçə gün sonra imza atacaq... - Simonyan

Vyetnam mediası İlham Əliyevin səfərindən yazır

Tramp, Putin və Sinin razılaşdığı 4 bəndin “sirri”

Nəriman Qocatürkün ölümündən öncəki son məktubu üzə çıxdı

Prezidentin Vyetnama səfəri ilə bağlı - Videoçarx

Szinpinin hiyləgər təklifi: Putin və Tramp qəbul etməyəcək

İlham Əliyev Vyetnama getdi

Paşinyan üçün riskli ssenari: Hakimiyyətdən gedəcək...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla