Yuxarı

Sivillərə zərbə endirmək cinayətdir! – Yapon yazıçı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sivillərə zərbə endirmək cinayətdir! – Yapon yazıçı

Dinc əhaliyə hücum heç nə ilə əsaslandırıla bilməz.

Bu barədə Axar.az-a yapon yazıçısı Çiyeko Yamanuçi erməni ordusunun Azərbaycan şəhərlərinə vurduğu zərbələri şərh edərkən bildirib.

“Döyüş əməliyyatları zamanı atəş sırf hərbi hədəflərdə yönəlsə belə, təəssüf ki, mülki şəxslər arasında da itkilər ola bilir. Ancaq məqsədyönlü şəkildə dinc şəhərlərə raket atmaq qəbuledilməzdir. Bu qətiyyətlə qınanmalıdır! Mülki əhalini qəsdən hədəfə almaq müharibə cinayətindən başqa bir şey deyil!” – deyə o bildirib.

Xatırladaq ki, son 27 və 28 oktyabrda Bərdə şəhəri Ermənistan tərəfinin raket atəşinə məruz qalıb. Birinci atəş zamanı arasında ikisi azyaşlı uşaq olmaqla 5 nəfər həlak olub. Dünənki atəş nəticəsində isə 21 nəfər həlak olub, 80-dən çox insan yaralanıb.

Bundan öncə, 4, 11, 17 oktyabrda isə Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə raket atəşinə tutulub. Bunun nəticəsində isə 10 qadın və 6 uşaq olmaqla, 26 nəfər həlak olub.

Tarix
2020.10.29 / 13:29
Müəllif
Zaur, Xədicə
Digər xəbərlər

Azərbaycan BMT-də mina təhlükəsi məsələsini qaldırdı

Qalibafdan sirli paylaşım: Çıx get! - Foto

TBMM-də çıxış: Əliyevi hədəf alanlar... – Video

Ərdoğanın İlham Əliyevi şəxsən dəvət etməsi... - Deputat

Vaqif Sadıqov etimadnaməsini Gi Parmelinə təqdim etdi

Azərbaycan və Norveç siyasi məsləhətləşmələr apardı

Netanyahu 5 gündən sonra gedir? – Ekspert

Türkiyə ilə sərhədin açılması üçün... - Paşinyan

Paşinyan fikrini dəyişdi - Sülh sazişi ilə bağlı tarix...

Paşinyan onu Azərbaycana qaytaracaqlarını açıqladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla