Ana səhifə Toplum |
Paytaxtda aparılan bütün yeraltı kommunikasiya xətlərinin çəkilişi və təmiri işləri Avropa Oyunları bitənə qədər dayandırılır.
"Azəryolservis" ASC-dən Axar.az-a verilən məlumata görə, ASC yeraltı kommunikasiya xətlərinin çəkilişi və təmiri ilə məşğul olan qurumlara aparılan işlərin dayandırıldığını bildirib.
Qəza halları istisna olmaqla planlı şəkildə həyata keçirilməsi nəzərdə tutulan, asfalt-beton örtüyü qazılaraq yeraltı kommunikasiya xətlərinin çəkilişi və təmiri işlərinə icazə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC tərəfindən may ayının 15-dən 1-ci Avropa Oyunları bitənədək müvəqqəti dayandırılır.
Bununla əlaqədar olaraq aidiyyəti qurumlardan anlayışlı olmaları xahiş edilir və öz işlərini iyul ayından sonrakı dövrə planlaşdırmaqları tövsiyyə olunur.
Tarix
2015.05.05 / 11:15
|
Müəllif
Nigar İxtiyarqızı
|