Yuxarı

Almaniya ASAN xidməti örnək hesab etdi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimovun başçılıq etdiyi nümayəndə heyəti Berlində səfərdədir.

 

Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsinin Axar.az-a verdiyi məlumata görə, səfər çərçivəsində 4 May 2015-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndə heyəti ilə Almaniya Bundestaqının deputatı və Almaniyanın ATƏT-in parlament assambleyasındakı nümayəndə heyətinin rəhbərinin müavini Yürgen Klimke, Almaniyanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Aksel Fişer, Almaniya Federal Xarici və Daxili İşlər Nazirliklərinin və Almaniya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (GİZ) nümayəndələri, habelə Almaniya Parlamentində Cənubi Qafqaz dövlətləri ilə əlaqələr üzrə dostluq qrupunun rəhbəri xanım Karin Strenz və qrupun digər üzvləri ilə görüşlər keçirilib.

 

Agentliyin sədri İnam Kərimov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən son illər dövlət idarəçiliyinin təkmilləşdirilməsi və modernləşdirilməsi sahəsində həyata keçirilən islahatlar barədə məlumat verib. Agentliyin sədri bu islahatların tərkib hissəsi olan ASAN Xidmətin uğurlu fəaliyyəti və Azərbaycanda elektron hökumət sahəsində görülən digər tədbirlər barədə geniş təqdimat edib. ASAN Xidmətin hüquqi-formal xüsusiyyətləri və dövlət xidmətlərinin göstərilməsində səmərəliliyin artırılması baxımından uğurlu və nümunəvi model olaraq üstünlükləri diqqətə çatdırılıb. Qeyd edilib ki, son iki ildə mərkəzlərə müraciət edən 5 milyona yaxın vətəndaşın məmnunluğu təmin edilib.

 

Məlumatda bildirilir ki, görüşlər zamanı Almaniya rəsmiləri dövlət xidmətlərinin göstərilməsi sahəsində ASAN xidmət konsepsiyasının örnək model olduğunu və bu təcrübənin digər ölkələrdə tətbiqinin zəruriliyini vurğulayıblar.

 

Azərbaycan Respublikasının Almaniyadakı səfiri Pərviz Şahbazov Azərbaycan-Almaniya arasında əməkdaşlığın dinamik inkişafından və bu əməkdaşlığın inkişafına ASAN xidmətin töhfəsindən danışıb. Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Mustafa Qurbanlı ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafı və bu sahədə dövlət dəstəyinin rolu, beynəlxalq miqyasda fəaliyyəti barədə məlumat verib.

 

Nümayəndə heyətinin səfəri XVIII "Səmərəli idarəetmə 2015" mövzusunda keçirilən Konqresdə iştirak çərçivəsində davam etdirilir.

Tarix
2015.05.05 / 13:38
Müəllif
Məmməd Rauf
Şərhlər
Digər xəbərlər

Şeyx delimitasiyaya xeyir-dua verdi

Prezident Quterreşin xüsusi müşavirini qəbul etdi

İrəvan delimitasiya zonasına 3 rayondan polis göndərdi

Bakı “Ukrayna forumu”na qatılır: Kremlin reaksiyası…

Bu fond Füzulinin Qoçəhmədli kəndini bərpa edəcək

Prezident Leonid Kalaşnikovu qəbul etdi

Azərbaycanda 5-ci nəsil qırıcı istehsalı... - Təcili

Bakı və Ankaranı cilovlamalıyıq ki... – Paşinyan

Paşinyan Başkənddən danışdı: Məsələni qaldırdıq...

"Qara beretlilər" sərhədimizdə “Üzük” əməliyyatı keçirir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla