Yuxarı

Düşmən təxribatı nəticəsində həlak olanlar şəhid sayılır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Düşmən təxribatı nəticəsində həlak olanlar şəhid sayılır

Yalnız Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlar şəhid hesab edilirlər.

Axar.az xəbər verir ki, bu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nda əksini tapıb.

Qərara əsasən, 2020-ci il sentyabrın 27-dən etibarən Ermənistan silahlı qüvvələri cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini müxtəlif silahlardan atəşə tutması ilə yanaşı təmas xəttindən aralıda yerləşən Naftalan və Gəncə şəhərlərində dinc əhaliyə qarşı hərbi təxribat törədib, Qarabağdan kənarda yerləşən bu yaşayış məntəqələrində onlarla mülki vətəndaş həlak olub, yüzlərlə vətəndaş isə yaralanıb.

Respublikada yaranmış mövcud vəziyyətlə əlaqədar sözügedən ərazilərdə həlak olmuş mülki vətəndaşların şəhid hesab edilməsi məqsədilə müvafiq qanunvericiliyə dəyişiklik edilməsi zərurəti yaranıb.

Qərarda Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlar, habelə ölkənin digər ərazilərində erməni hərbi təxribatı (hücumu, zərbəsi) nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşların şəhid hesab edilməsi əks olunub.

Tarix
2020.11.20 / 16:10
Müəllif
Axar.az
Digər xəbərlər

2022-ci ildə Azərbaycanda bunun şahidi olduq - Bayraqdar

Azərbaycan və Türkiyə arasında son 10 gündə baş verənlər...

Qarabağ zəfərini bilirsinizmi kim qazandı? - Türk general

Hulusi Kılıçdan Azərbaycanla bağlı çağırış: Səsinizi kəsin!

6 il öncə Qələbəmizi izləyən güneylilər - Video

Prezident Türkiyəni nəzərdə tuturdu? - Sərrast cavab!

Medvedyev İrəvanı təhdid etdi: Yeni Ukraynaya çevriləcək

Prezidentin çıxışı ilə bağlı videoçarx paylaşıldı

YAP-ın qurultayının əsas siyasi məzmunu... – Qafarov

Kobaxidzedən TRİPP açıqlaması: Ciddi problem...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla