Yuxarı

Bayrağı təhqir edən tələbə BDU-ya bərpa edilir? – Açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bayrağı təhqir edən tələbə BDU-ya bərpa edilir? – Açıqlama

00:02

Bayrağı təhqir etdiyi üçün Bakı Dövlət Universitetindən (BDU) uzaqlaşdırılan Mexanika-riyaziyyat fakültəsinin I kurs tələbəsi Pərviz Məhəmmədovun universitetə bərpa edilib-edilməyəcəyi ilə bağlı qərar bu gün veriləcək.

Bu sözləri Axar.az-a açıqlamasında BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri Günel Orucəliyeva deyib. O bildirib ki, qovulan tələbə ilə bağlı komissiya yaradılıb:

“Pərviz Əlipənah oğlu Məhəmmədov Bakı Dövlət Universitetinin rektoru Elçin Babayevə ərizə ilə müraciət edərək, bu əmrə yenidən baxılmasını xahiş edib. Bununla əlaqədar BDU rektorunun müvafiq əmri ilə komissiya yaradılıb. Bu gün keçirilən iclasda BDU Elmi Şurasında komissiyanın qərarına baxılaraq, müvafiq qərar qəbul ediləcək”.

Qeyd edək ki, bayrağı təhqir etdiyi üçün sözügedən tələbənin universitetdən qovulması barədə 23 noyabrda qərar çıxarılıb.

P.Məhəmmədov iki gün öncə video-müraciət yayaraq, bu hərəkətinə görə üzr istəyib.

Tarix
2020.11.30 / 13:17
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

Sinin Trampa İran müharibəsi ilə bağlı mesajı...

Konqresin erməni şəbəkəsi: Bakıya qarşı oyun başlayır

Bakı-Ankara münasibətləri Astananı da narahat edir

Azərbaycan şirkətlərini Ukraynaya dəvət edirik - Şmıqal

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Səfirimiz Binəli Yıldırımla görüşdü

Ərdoğan Bakıya gəlir: Pərdəarxası məqamlar...

Şövkət Mirziyayev İlham Əliyevi təbrik etdi

BTQ-nin gənclər platformasına 40 ölkə qoşuldu

Türk əsgəri İran tərəfdən açılan atəşlə şəhid olub?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla